Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Aygün Kazımovaya həkim qadağası - maşın sürə, idman edə bilməz

Tarix 07.11.17, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "Daf Bama Music Awards"da iştirak edə bilməyəcək.

Axşam.az-ın məlumatına görə, buna səbəb müğənninin keçirdiyi plastik əməliyyatdır. 

Həkim A.Kazımovaya bir sıra qadağalar qoyub və ona uzaq səfərə çıxmağa icazə verməyib. 

Müğənni 2 həftə əvvəl müxtəlif bədən şəkilləndirilməsi və üz əməliyyatı keçirib. Amma bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır.
 
A.Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir.

Əməliyyatı icra edən həkim Dilqəm Məhərrəmov bildirib ki, A.Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqləri etməsi, avtomobil sürməsi qadağan olunub.

Qeyd edək ki, ötən il xalq artisti ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçirilən "Daf Bama Music Awards"da iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.



Xəbərin oxunma sayı : 175




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap