Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyib... - VİDEO

Tarix 25.03.23, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Gəncədə küçədə arvadını öldürən 38 yaşlı Rauf Vəliyevin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Rauf arvadı Aynurə Vəliyevanı uşaqları bağçadan götürdüyü zaman öldürüb. 

Hadisə gündüz vaxtı küçədə baş verib. Belə ki, bir müddətdir arvadından ayrı yaşayan Rauf Aynurənin uşaqları bağçadan götürmə vaxtına əsasan küçədə onu tutub. Həmin vaxt hadisə yerində Aynurənin qardaşı və kiçik oğlu da olub.

R.Vəliyev arvadıyla şəxsi söhbət etmək bəhanəsi ilə onu bir qədər kənara çəkib və mobil telefonunu istəyib. Qadın telefonu verməyib və R.Vəliyev üstündə gətirdiyi bıçaqla onu vurmağa başlayıb.
Aynurə Vəliyeva iki bıçaq zərbəsindən sonra qaçmağı bacarsa da, Rauf arxadan ona çatıb. Saçından tutaraq yerə yıxıb və bıçaqlamağa davam edib. Bu zaman ətrafda olan sakinlər və qadının qardaşı hadisəyə müdaxilə etməyiblər.

Hökmə əsasən, R.Vəliyev 16 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin yayında qeydə alınmışdı. Həmin vaxt qətlin videosu da sosial şəbəkələrdə yayılmışdı:






Xəbərin oxunma sayı : 781




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap