Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azırbaycanda əhalinin sayı açıqlandı

Tarix 15.09.17, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82380 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.

Cari ilin yanvar-iyul aylarında ölkədə 34281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

2017-ci ilin 7 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 32864 nikah və 8532 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gələn, 1002 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.





Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap