“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?

Tarix 17.02.25, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub. Bu statistika Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatında qeyd olunub. Hesabata görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası müntəzəm davam edir. Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı "sığınacaq" axtarışları qızıla olan marağı daha da artırıb. Şuradan bildirilir ki, ölkəmizin qızıl alışlarına Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl alışları daxildir.

Maraqlıdır, böyük miqdarda qızıl alışı nəyə hesablanıb? Səmərəlidirmi? Qarşıdakı dövrdə də bu tendensiya davam edə bilərmi?

AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Az riskli yığım vasitəsi

Millət vəkili Vüqar Bayramov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qlobal iqtisadiyyatda risklər artığı üçün qızıl investorlar tərəfindən daha az riskli yığım vasitəsi hesab olunur: "Xüsusilə də, qlobal ticarət müharibəsinin güclənməsi iqtisadiyyatda riskləri artıran səbəblərdəndir. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qızılla yığıma daha çox sərmayənin yönəlməsini müşahidə edirik".

Millət vəkilinin sözlərinə görə, qızılla yığımların artırılması təhlükəsizlik baxımından vacibdir: "Azərbaycan da artıq xeyli müddətdir ki, qızıla investisiya edir, idxalını artırır. Ən çox qızıl alan beşinci ölkə olmağımızın səbəbi sırf idxalla bağlı deyil. Bu, həm də Azərbaycanın özünün istehsal etdiyi, yəni, ölkədə hasil edilən qızılın emal edilərək sonradan ölkəyə gətirilməsi ilə bağlıdır. Bunların bir hissəsi Azərbaycandan hasil edilən qızılın emal edilərək ölkəyə qayıtması, digər hissəsi isə təbii ki, yığımlardır. Amma bütün hallarda qızılla yığımların artırılması iqtisadi təhlükəsizlik baxımından vacibdir".

16844887915221055470_1200x630.jpg (304 KB)

Qarşıdakı illərdə bu tendensiyasının davam etməsi məsələsinə gəldikdə isə, millət vəkili vurğulayır ki, bu siyasət növbəti illərdə də davam etdiriləcək.

Ciddi yatırım aləti

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, qızıl yatırım aləti kimi istifadə olunur: "Əsas alışlar Dövlət Neft Fondu tərəfindən olub. Ötən beş ili müqayisə etsək, qızıl qiymətləri artan xətlə davam edir. Ekspertlərin proqnozlarına görə, bir qram 999 əyarlı qızılın qiyməti 100 dollara qədər qalxacaq. Məhz buna görə də, qızıl kifayət qədər ciddi yatırım alətidir. Bu səbəbdən, Azərbaycan 2024-cü ildə ən çox qızıl alan beşinci ölkə olub".

 Screenshot_3.png (428 KB)

Polşa liderdir

2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkənin siyahısına nəzər salsaq, liderlik Polşadadır. Belə ki, Polşa 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ölkə ümumi qızıl ehtiyatını 448 tona çatdırıb. İkinci yerdə isə qardaş ölkə Türkiyədir. 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb. Türkiyəni 73 ton qızıl almaqla Hindistan, 44 ton qızıl alışı ilə isə Çin izləyir. Azərbaycan 25 ton göstərici ilə beşinci yerdədir (2024-ci ilin üç rübünün göstəricisi).

siaphoto_598185.jpg (27 KB)

Altıncı yer Çexiya, yeddinci yer İraq, səkkizinci yer Macarıstan, doqquzuncu yer Qana və Özbəkistan, 10-cu yerin sahibi isə Qətərdir.

Yeri gəlmişkən, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,36% artaraq 2 955,9 ABŞ dollarına bərabər olub.



Xəbərin oxunma sayı : 736




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap