Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azıx mağarasında eşələnən avropalı alimlərə və Avropa Parlamentinin üç deputatına cinayət işi qaldırıldı

Tarix 23.02.17, 2:49

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal altındakı ərazilərimizin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir. Təəssüflər olsun ki, bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına zidd olaraq, eləcə də Azərbaycanın və vətəndaşlığını daşıdığı ölkələrin rəsmi xəbərdarlıqlarına məhəl qoymadan Ermənistanın təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunurlar.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq (Tania King) və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun (Peter Andrews) işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında 2002-ci ildən etibarən arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyinin, Böyük Britaniyanın Qaluay Universitetinin, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb.

Həmin fəaliyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq humanitar hüququnun normalarına uyğunluğu hazırda araşdırılır.

İttiham üçün əsaslı şübhələr olduğundan həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək, barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

Bundan başqa, Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrində, iştirak etdikləri beynəlxalq tədbir və konfranslarda işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən qurumu “müstəqil dövlət” kimi təqdim etmələrinə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş əcnəbi şəxslərə qarşı münasibətdə zəruri və qəti addımlarını bundan sonra da atacaq.



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap