Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azad edilmiş ərazilərə səfər qiymətləri açıqlandı - MƏBLƏĞLƏR

Tarix 18.01.22, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


“24 yanvardan etibarən Qarabağ istiqamətinə səfərlər üçün biletlərin qiymətləri artıq müəyyən edilib”.

Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, Bakı-Şuşa-Bakı üzrə bir istiqamət üçün bilet qiyməti 10 manat 40 qəpik təyin edilib.

“Bakı-Ağdam 9,40 AZN, Əhmədbəyli-Şuşa istiqamətinə 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa 6 manat olaraq təyin edilib”, deyə o əlavə edib.

Anar Rzayev bildirib ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər marşrutlar üzrə isə həftədə 2 dəfə həyata keçiriləcək: “Füzuli Beynəlxalq Hava limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Biletlər əvvəlcədən alınacaq. Avtobuslar Beynəlxalq Avtovağzaldan yola düşəcək. Digər istiqamətlər isə Bərdədən və digər avtovağzallardan həyata keçiriləcək”.

Onun sözlərinə görə, bütün şəxslərə il ərzində yalnız bir dəfə gediş imkanı veriləcək:“Xüsusilə qeyd edim ki, şəhid ailələri üzvləri, Vətən müharibəsi iştirakçıları, milli qəhrəmanlar üçün gedişlər ödənişsiz olacaq. Bilet satışları ilə bağlı xüsusi imtiyazlı şəxslərə 10 faiz güzəştlər tətbiq edilir. COVID-19 pasportu yoxlanılacaq”.



Xəbərin oxunma sayı : 1396




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap