Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

Tarix 25.05.18, 19:55

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun yerinə təyinatla bağlı daha bir şəxsin adı hallanır. 

BakuPost-a daxil olan məlumata görə, Bakının kifayət qədər böyük rayonlarından birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gətiriləcəyi gözlənilir. Bildirilir ki, bu rayona rəhbər gətirilməsi üçün hakim dairələrdə bir neçə nəfər müzakirə edilir. Onlardan biri də N. Bayramovdur. İcra başçısı bu gün Prezident Administrasiyasında olub. Ehtimal olunur ki, onun PA-ya çağırılması bu məsələ ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

Bakıda göydələnlər tikən və biznesini məhz mərkəzdə quran Niyazi Bayramov paytaxtın rayonlarının birinə icra başçısı gəlməsi üçün illərdir, mübarizə aparır. Bir müddət əvvələ kimi onun Yasamal Rayon İcra Hakimiyyətinə başçı təyin olunacağı barədə informasiyalar dolaşırdı. 

Qeyd edək ki, Binəqədiyə icra başçısı gətirilməsi ilə bağlı adı hallanan şəxslərdən biri də Əhəd Abıyevdir. Mətbuatda onun Binəqədi İH-nin inzibati binasında görüldüyü, bu rayona başçı gətiriləcəyi barədə xəbərlər yazılsa da, Ə. Abıyev təkzib etmişdi. 



Xəbərin oxunma sayı : 1465




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap