Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azad Vətənin şəhid Azadı - VİDEO

Tarix 05.02.21, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Vətən müharibəsi şəhidi Azad Azər oğlu Tapdıqovun doğum günüdür.

"Report"un Qarabağ Mərkəzinin əməkdaşları şəhidin evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.

Tapdıqov Azad Azər oğlu 1 fevral 1997 – ci ildə Ağcabədi rayonu Yuxarı Avşar kəndində dünyaya gəlib. Evin tək oğul övladıydı. Həqiqi hərbi xidmətdə olduğu zaman qismətinə böyük qələbəyə aparan aprel döyüşlərində iştirak etmək düşüb. Xidmətini başa vurduqdan sonra, bir müddət müxtəlif işlərdə çalışıb. Ötən ilin yayında Tovuz hadisələri zamanı, səfrəbərliyə gedərək, ordu sıralarına yazılır. Evə qayıtdıqdan sonra, valideynlərinə bu barədə məlumat verən Azad, nə zaman çağırsalar gedəcəyini bildirib.

Vətən müharibəsi zamanı səfərbərlik xidmətindən Azadın atasına zəng gəlir. Bunu eşidən Azad, səfərbərlik xidmətinə gəlir. Füzuli və Cəbrayl rayonlarındakı əks hücum əməliyyatlarında iştirak edib. Füzuli rayonun kəndlərində gedən döyüşlərdə şəhid olub. Həmişə ehtiyat edirdi ki, tək oğul olduğu üçün, birdən onun müharibəyə getməsinə kimsə mane ola bilər.

Azad Tapdıqov, səfərbərliyə çağrılanda sevinərək gedənlərdən biri olub. Müharibə başlayandan evin tək oğul övladı olduğu üçün, yaxınlarına öncədən xəbərdarlıq edib ki, bunu əsas gətirib kimsə onu müharibədən çəkindirməyə çalışmasın.

Səfərbərliyə çağrıldığı günü dostları ilə vida məclisi təşkil edir. Gedərkən də dostlarına vətəni qorumağın hər kəsin boynunun borcu olduğunu deyir. Vətən yolunda xidmət etməyi özünə borc bilən Azad, dostlarına da xidmətə getməyi tövsiyyə edir. İlk döyüşünədə Füzuli və Cəbrayl rayonlarındakı əks hücum əməlyyatları ilə başlayır. O, oktyabrın 9-da Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!









Xəbərin oxunma sayı : 1102




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap