Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azadlığın mübarək Zəngilan

Tarix 20.10.21, 8:50

Font ölçüsü : - / +
bitmap-img6


20 oktyabr 2020 ci il tarixində isə Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilib. 

Həm Zəngilan rayonunda, həm də Qubadlı rayonunda erməni işğalı nəticəsində  dağıdılmış infrastruktur, məhv edilmiş mədəni abidələr, xarabalığa çevrilmiş əraziləri görürük. Bu görüntü hesab edirəm bütün dünyaya illərdir istehsal olunan erməni yalanlarını ifşa edir. Heç kim öz torpağını, öz evini xarabalığa çevirməz. Heç kim həmin ərazilərdəki mədəniyyət abidələrinə zərər verərək, tarixi saxtalaşdırmaz. Bunu sadəcə barbarlar, işğalçılar, terroristlər, separatçılar, nasist təfəkkürlü, faşist psixologiyasına sahib məxluqlar edər.
İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin
beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu. Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi. Cənab Prezident
Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi. Ona görə də, sadəcə Qubadlı və ya Zəngilan deyil, ümumiyyətlə erməni işğalından azad olunan
hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir.

İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. 200 evdən ibarət olacaq “Ağıllı kənd”də sakinlər üçün poçt şöbələri, sağlamlıq mərkəzləri, polis şöbəsi, kənd təsərrüfatı torpaqları nəzərdə tutulub. Bundan başqa, kənd Günəş enerjisi vasitəsilə elektriklə təmin olunacaq. Layihə əsasında 4 əsas yol
qurulacaq, qəhrəmanların xatirəsinə Zəfər meydanı tikiləcək. “Ağıllı kənd”ə 5 kilometr məsafədə Zəngilan Hava Limanı tikilir. İşlərin il sonunda yekunlaşması nəzərdə tutulur.

Naqil İsgəndərov



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap