Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

AZAL şefinin 1-ci müavinin də şirkətləri üzə çıxdı -SƏNƏD

Tarix 10.08.20, 10:58

Font ölçüsü : - / +
bitmap-img6


"Cahangir Əsgərovun 1-ci müavini Sabir İlyasovun oğlu Elmar İlyasov da Londonda aviasiya ilə bağlı iki şirkətin rəhbəridir”.

AzFakt.com xəbər verir ki, bu barədə Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, Elmar İlyasov İngiltərə vətəndaşıdır, bu ölkədəki şirkətlərini 10 il bundan əvvəl təsis edib: 

"Sabir İlyasov 16 may 2008-ci ildən AZAL-ın birinci vitse-prezidenti təyin edilib. O bu ilin əvvəlində 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1972-ci il təvəllüdlü Elmar İlyasov Londondakı şirkətlərini 22 mart 2010-cu il tarixində Britaniya Şirkətlər Evində qeydiyyatdan keçirib. Bunlardan biri FLYBAKU LIMITED dormant tipli kampaniyadır. Bu tip şirkətlər fəaliyyətsiz şirkətlər hesab olunur, onlar ticarət reyestrinə daxil edilir, adı, nizamnamə sənədləri, qeydiyyata alınan ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin digər atributları vardır, lakin şirkətin dövriyyəsi olmur. Daha doğrusu "passiv şirkətlər" maliyyə hesabatlarını ümumiyyətlə, təqdim etmirlər və ya məhdud bir şəkildə təqdim edirlər. Bu, maliyyə hesabatlarının tələb olunduğu ölkələrdə xərcləri azaltmağın bir yoludur”.

Cavanşir Həsənli qeyd edib ki, eyni adla Azərbaycanda da səyahət şirkəti fəaliyyət göstərir: 

""FLYBAKU TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakıda 2016-cı ildə dövlət qeydiyyatına alınıb. AZAL vitse-prezidentinin Londonda qeydiyyatdan keçirdiyi digər şirkət AIR ALLY LIMITED hava nəqliyyatı ilə bağlı müvafiq xidmətləri həyata keçirir. Şirkətin 2019-cu il maliyyə hesabatına görə, aktivləri 434.246 funt sterlinq göstərilib. Hər iki şirkət Devonshire House, 582 Honeypot Lane, Stanmore, Middlesex, HA7 1JS ünvanında hüquqi qeydiyyatdadır”.










Xəbərin oxunma sayı : 2317




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap