Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

AZAL borc içində batır, Əsgərovların biznesi çiçəklənir: 31 milyon dollarlıq otel...

Tarix 15.05.18, 5:16

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Qəmzəyevanın Batumidə ümumi dəyəri 31 milyon dollar olan 100 otaqlı otel binası tikdirməsi barədə yayılan məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb.

Qaynarinfo azpolitika.info-ya istinadən xəbər verir ki, yerli mediada dərc olunan məlumatlara görə isə, Cahangir Əsgərovun prezidenti olduğu AZAL şirkətinin zərəri 1 milyard manatı keçib. İqtisadçı Qubad İbadoğlu özünü sonuncu "Facebook” statuslarından birində diqqəti bu təzada yönəldib:

"Gürcüstanın "NewsGeorgia” saytının yaydığı məlumata görə, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya” mehmanxanasının dəyəri 31 milyon dollardır. "Qloriya” şirkətinin 50,8% payı "AZAL” prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Z.Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovalara məxsusdur.



2016-cı ilin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ın borcu 1 milyard dollara çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini AZAL-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub”.





Xəbərin oxunma sayı : 715




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap