![]() |
|














Azay Quliyev ATƏT PA-nın iclasında:“Paşinyan Ermənistanın işğalçılıq siyasətini rəsmən etiraf etdi“
Tarix 06.10.19, 11:15 |
|
 (2)005.jpg)
ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Mərakeşdə keçirilən payız sessiyasında daimi Komitənin iclasında çıxış edib.
AzFakt.com xəbər verir ki, Azay Quliyev çıxışında regionu narahat edən əsas məsələlərdən olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində substantiv irəliləyişin olmamasını və problemin digər aspektlərini iştirakçıların diqqətinə çatdırıb:
“Bu aspektlər Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı və əsassız çıxışları ilə ölkəsinin yürütdüyü işğalçı və anneksiya siyasətinin iç üzünü açıb göstərməsi; erməni tərəfinin istifadə etdiyi “Dağlıq Qarabağ xalqı” anlayışının hüquqi və məntiqi cəhətdən reallığa aidiyyətinin olmaması; azərbaycanlı mülki şəxslərin erməni təxribatları nəticəsində qətlə yetirilməsinə ATƏT PA-nın insan hüquqları, demokratiya və humanitar məsələlər sahəsində ixtisaslaşmış 3-cü Ümumi Komitəsinin mövqe bildirməsinin əhəmiyyəti; ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirilməsinin vacibliyi; Azərbaycanın əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadilənin həyata keçirilməsinə dair təşəbbüsünə Ermənistanın göz yummasıdır”.
Azay Quliyev ATƏT Parlament Assambleyasının ilk dəfə olaraq ATƏT-ə üzv olmayan ölkədə keçirilməsini təşkilatın qonşu regionlarla birgə fəaliyyətə və bütün tərəfdaşları ilə qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi əhəmiyyətin bariz nümunəsi adlandırıb:
“Hazırda Moldovada Dnestryanı münaqişəsinin həlli istiqamətində, həmçinin Rusiya Federasiyası ilə Ukrayna arasındakı münasibətlərdə atılan bəzi ümidverici addımların, həm Rusiya, həm də Ukrayna tərəfdən çoxsaylı əsirlərin dəyişdirilməsinin şahidi oluruq. Ancaq təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət tendensiyaların olduğunu deyə bilmərik. Vəziyyət əksinə, gündən-günə pisləşir və Ermənistan rəhbərliyinin heç bir qanuni və ya məntiqi əsası olmayan təxribatçı açıqlamaları səbəbindən danışıqlar prosesində durğunluğun şahidi olduğumuzu deyə bilərəm.
Bir neçə həftə əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərkən münaqişənin həlli yolundan danışdı və Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olduğunu bildirdi. Bu, nə deməkdir?
Bu suala kifayət qədər əsaslı cavab vermək lazımdır:
Birincisi, Dağlıq Qarabağın Ermənistan tərəfindən anneksiya edilməsi faktı onsuz da hər kəsə məlum olsa da, Paşinyanın açıqlaması bunu bir daha sübut etdi və bununla da Ermənistan öz anneksiya və işğalçılıq siyasətini rəsmən etiraf etmiş oldu. Bu mənə Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrında qəbul etdiyi və uzun müddət keçməmiş qanunsuz olduğuna görə rədd edilən “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarını xatırlatdı. Bütün bu faktlar bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iddia etdiyi kimi nə insan hüquqları, nə də xalqların öz müqəddəratını təyin etməsi hüququ ilə bağlı məsələ deyil – bu, haqqında artıq üç onillikdən çoxdur ki, danışdığımız açıq-aşkar anneksiya və Azərbaycan ərazilərinin işğalıdır.
İkincisi, bu bəyanat ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində göstərdikləri səylərini tamamilə heçə endirir. Belə bir halda növbəti sual yaranır: əgər Ermənistan Dağlıq Qarabağı özünün bir hissəsi qismində nəzərdən keçirirsə, danışıqlara ehtiyac qalırmı? Ermənistan münaqişəni sülh yolu ilə həll etmək istəmirsə, sülh üçün alternativ nədir? Hesab edirəm ki, cavab hər kəsə aydındır”.
ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağıran Azay Quliyev iki gün əvvəl Azərbaycan-Ermənistan sərhədində yerləşən Qazax bölgəsində Ermənistanın törətdiyi növbəti təxribatı haqqında da danışıb. Atəş nəticəsində orada yol salınması ilə məşğul olan ekskavatoru idarə etdiyi zaman mülki vətəndaş Səfərəli Abışov həlak olduğunu qeyd edən A.Quliyev deyib:
“Mən Ermənistan rəhbərliyini günahsız azərbaycanlı mülki şəxslərə qarşı edilən bu vəhşi hücumu izah etməyə və eyni zamanda ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağırıram. Bundan başqa, Ermənistanın Baş naziri hər dəfə danışıqların nəticəsinin Ermənistan xalqı, Azərbaycan xalqı və Dağlıq Qarabağ xalqı üçün qəbuledilən olmağına dair ehtiyacın mövcudluğunu bildirir. Biz “Ermənistan xalqı” və “Azərbaycan xalqı” anlayışlarını başa düşürük. Amma mən “Dağlıq Qarabağ xalqı”nın kim olduğunu bilmək istərdim. Bu cür təbliğatla məşğul olan erməni siyasətçiləri başa düşməlidirlər ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Erməni və azərbaycanlı icmalarından ibarət olan Dağlıq Qarabağ regionunun əhalisi var. Digər məsələ isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarını tərk etməyə məcbur edilmişlər.
Buna görə də razılaşa bilərəm ki, münaqişənin həlli yalnız ermənilər üçün deyil, həm də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icması üçün məqbul olmalıdır”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı və hərəkətləri gözlənilməz nəticələrə səbəb ola bilər: “Buna görə də Ermənistana tövsiyə edirəm ki, bölgədəki onsuz da həssas olan vəziyyəti qəlizləşdirməsin və danışıqlar prosesini pozmasın. ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirməyə çağırıram”.
Azay Quliyev ATƏT PA-nın prezidenti Georgi Tseretelini danışıqlar prosesindəki mövcud durğunluğu adekvat şəkildə aradan qaldırmaq və Assambleyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu artırmaq məqsədilə ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirməyə çağırıb.
O bildirib ki, biz də ATƏT-in Minsk Qrupu həmsədrlərinə Ermənistanı ən qısa zamanda danışıqlar masasına qaytarmağa və böyük təhlükə mənbəyi olan status-kvonu dəyişdirmək üçün substantiv danışıqlar prosesini başlamağa kömək etməliyik: “Bundan əlavə, ATƏT PA və onun bütöv ATƏT regionunda insan hüquqlarının icra olunmasına nəzarət edən Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsi Rusiya və Ukraynanın bu yaxınlıqda həyata keçirdiyi kimi, əsirlərin dəyişdirilməsi məsələsini diqqət mərkəzinə gətirməlidir. Ermənistan yenə də beynəlxalq təcrübəyə göz yumaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaqdan imtina edir”.
ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan “hamının-hamıya” prinsipi əsasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış edib: “Beş ildən çoxdur ki, sadəcə olaraq valideynlərinin məzarını ziyarət etmək istəmiş iki azərbaycanlı mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində girov qismində saxlanılır. “Onların ailə üzvləri mənimlə bir neçə dəfə görüşüb və bu mülki şəxslərin erməni girovluğundan azad olunmasına yardım etmək üçün ATƏT PA-nı dərhal müvafiq addımlar atmağa çağırmağımı xahiş ediblər”.
Xəbərin oxunma sayı : 718
Siyasət
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV