|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Azər Qaraçənlinin ağrı və nisgil dolu yazısı:“Ay Laçın...“
Tarix 18.05.18, 18:05 |
|
Bu gün Laçın rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür. 1992-cil mayın 18-dən Laçın düşmən əlindədir.
Strateq.az tanınmış jurnalist Azər Qaraçənlinin 2001-ci ildə yazdığı “Ay Laçın” yazısını oxucularına təqdim edir:
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Soruşanda “dünyanın qurtaracağında yaşayırıq” deyərdilər.
And içəndə yüz iyirmi dörd min peyğəmbərə and içərdilər, uşaqlar da gözlərini döyə-döyə böyüklərə baxıb huşa gedərdi və Həsənağa meşəsindən moruq yığmaqdan dönəndə yüz iyirmi dörd min peyğəmbərin goruna and içib söyləyərdilər ki, meşədə canavar görüblər.
Böyüklər uşaqlara inanardı, çünki sözün düzünü uşaqlardan eşitməyə vərdiş eləmişdilər.
Burda həmişə uşaqlara maraqla qulaq asardılar, hər kəs özünə lazım olan sözü uşaqlardan alardı, qonşu qonşunun uşağını danışdıra-danışdıra söz çəkərdi və dünən qab-qacağı divara vurub sındıranın kim olduğunu öyrənərdi.
Ona görə də hamı hər gün öz uşağına öyüd-nəsihət verərdi ki, adam evdə eşitdiyini çöldə-bayırda danışmaz, çöldə-bayırda eşitdiyini evdə danışar.
Sonra sandıqda qorunan qənddandan bir tikə qənd götürüb gizlicə uşağın ovcuna qoyardılar və elə o axşam qonşunun arvadı ərinə deyərdi ki, filankəsin gədəsi yaman bicləşib, bir qırıq boyuyla yerin altını da bilir, üstünü də.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı, hər beş addımda yerin altından bir bulaq qaynayardı, bulaqlar dərə aşağı süzülüb çay qovşağına qovuşardı, dumduru Həkəri çayı axa-axa Araza tökülərdi, Araz Kürə qarışardı, Xəzərə tökülərdi, Xəzərdə şəhərin müsəlman kişiləri, xristian xanımları çimərdi, bu müsəlman kişilər, xristian xanımlar çimərlikdən qayıdıb metroya minəndə yayın cırhacırında altdan-üstdən qıfıllanmış, başına papaq, əyninə pencək geyinmiş iki nəfərin qışqıra-qışqıra nəsə danışdığını görərdilər, əvvəlcə narazı-narazı başlarını bulayardılar, sonra da bir-birilərinə baxıb gülərdilər.
Elə bu vaxt Azərbaycanın qərb sərhədlərinin qurtaracağındakı rayonun mərkəzindən gündə bir dəfə kəndlərə çıxan avtobus dağların enişiylə uça-uça, yoxuşuyla zarıya-zarıya yol gedərdi, benzin iyi götürməyən arvad-uşağın ürəyi bulanardı, tez-tez maşını saxlayıb havalarını dəyişərdilər, bumbuz bulaqda əl-üzlərini yuyub özlərinə gələrdilər və tikanlı qollarını qayadan uzatmış ağacdan alça dərib dillərinin altına qoyardılar ki, ürəkləri toxtaq olsun.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Burda ancaq avtobusda arvadlar susardı, kişilər danışardı, özü də elə bərkdən danışardılar ki, elə bil bir dağdan o biri dağa hay salıb “Qoyma, mal biçənəyi tapdadı” deyirlər.
Kişilərin səsi arvadların başına düşərdi, başqa vaxtsa kişilər arvadların səsindən baş götürüb qaçardılar.
Həyətlərin birində dama vurulacağı günü gözləyən tirlərin üstündə oturub “Prima”nı tüstülədə-tüstülədə siyasətdən, Stalindən, Mir Cəfər Bağırovdan dəm vurardılar, həftələrlə gecikən qəzetlərdən son xəbərləri oxuyub dünyadan halı olardılar və robotla şahmat oynayan yaponların qüdrətinə məəttəl qalanlara buğda dənəsini qucaqlayıb yuvasına çəkən qarışqanı göstərib başa salardılar ki, Allahdan böyük kişi yoxdu, yaponların qeyrəti çatırsa o robota belə qeyrət, can versinlər.
Allaha, Quran-peyğəmbərə şəkk eləyəndən gen gəzərdilər, amma mollayla da yaxınlıq eləməzdilər.
Məscid tikməzdilər, heç məscidin nə olduğunu bilməzdilər də, öz evlərini Allah evi sayardılar və elə Tanrıya da öz kasıb komalarından tapınardılar.
Ölülərin ruhu yuxularına girəndə mollaya “Yasin” oxutdurardılar, dua, cadu yazdırardılar, amma yenə də mollaya inanmazdılar.
Toyda mollanı araq içməyə dəvət eləyərdilər, yasda mollanın sözünü kəsib yanlışını tutardılar.
Yazıq molla da hər gün namaz qılanda alnını bərk-bərk möhürə basardı, ancaq yenə də camaat söylənərdi ki, namaz qılan rəhmətlik Məşədi İlyas kimi olar, alnında möhürün izi yüz addımlıqdan gözə dəyirdi…
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Camaatı ən çox seldən, ildırımdan, quraqlıqdan, bir də pis gözdən qorxardı.
Ən varlı adamı da dolanışıqdan gileylənərdi, ən sağlamı da canındakı ağrılardan söz açardı və bütün bunları naşükürlükdən yox, bəd nəzərdən qorunmaq üçün eləyərdilər.
Evləri də çöldən ona görə bəzəməzdilər, çəpərlərə də mal kəlləsinin sümüyünü pis gözü sancmaq üçün sancardılar.
Təkcə bostanların çəpəri olardı. Evlərə hasar çəkməzdilər, qapıları gecə-gündüz açıq qoyardılar və təkcə qorxmazlıqdan deyildi bu, həm də mərdlikdən idi.
Ancaq şər qarışanda mal-heyvanı pəyəyə qatıb ağzını qıfıllayardılar ki, oğru aparmasın. Bununla belə, həftə səkkiz-mən doqquz bir oğurluq olardı. Səhərisi mal-heyvanın rəddinə düşüb gedərdilər, kimdənsə şübhələnərdilər.
Sonra da ağsaqqallardan biri “Quran”a əl basıb and içərdi ki, onun oğlunun bundan xəbəri də yoxdu.
Hələm-hələm mal yiyəsi hər ağsaqqalın da “Quran”a əl basmasına razı olmazdı, çünki belədə o, məğlub sayılardı, yersiz şübhəsinə görə gözdən düşə bilərdi və öz halal malını tələb eləmək haqqı bir yana, oğrunun qarasınca deyinmək haqqını da itirərdi.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Həyat qışda qurtarardı, yayda başlayardı. Adamları yaşamaqdan, arıları bal yığmaqdan, çiçəkləri rəng alıb rəng verməkdən doymazdı.
Yas düşməsə yay uzunu şənlik olardı, şenlik olardı.
Toyda nəlbəkiləri maşının təkərinə çırpıb sındırardılar, gəlini ata mindirib tərkinə də bir oğlan uşağı oturdardılar, maqnitofonu qoşub oynayardılar, saz çalıb oxuyardılar, cıdıra çıxıb at çapardılar.
Birinci yerə çıxan atın boynuna qırmızı şal bağlayardılar, yiyəsinin cibinə pul basardılar.
Birisi də ata qiymət kəsərdi, əlini kəhərin yalmanına çəkib “Denən Allah xeyir versin” deyərdi. Ancaq elə o gün yüz-yüz vuran və aldığı nəməri dominoda tay-tuşlarına uduzan at yiyəsi ayağa durmaq istəyəndə yol ayağının altından qaçardı, birdən yadına düşərdi ki, günortaüstü də gözü beləcə ayağının altını görmürdü, bircə onu görürdü ki, ondan irəlidə bir kənd var və kəhər madyan bir atı da o kəndə gedən yolda özündən irəli buraxmayıb.
Kövrələrdi, bu dünyada kəhər madyan ona hər şeydən əziz gələrdi, özünü qınayardı ki, gör necə axmaq olmuşam, kəhəri itin-qurdun əlinə verməyə razılaşmışam.
Hirs vurardı başına, hay salıb uşaqlardan birini çağırardı, tapşırardı ki, gedin filankəsə deyin, heç dədəm də gəlsə kəhəri satmaram, bir torba qızıla da dəyişmərəm kəhəri.
Onu sakitləşdirmək istəyərdilər, soyuq suyu başından əndərərdilər, osa ayağını yerə çırpa-çırpa “Kopoyoğluyam kəhəri satsam, at kişinin qeyrətidi” bağırıb hıçqırardı.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Kişiləri bir gün ot çalardı, iki gün mütəkkəyə dirsəklənib qulunclarının ağrısını çıxarardı.
Arvadlar səhər ot yığardı, günorta evə qaçıb odun doğrayardı, çörək bişirərdi, axşam inəkləri sağardı, sonra da uşaqlarının üstünə çığırardı ki, dinməz durun, dədəniz yorğundu, qoyun dincəlsin…
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Kişiləri bir-biriylə dalaşan kimi söz-söhbət yayılardı ki, bunları arvadlar öyrədib.
Vay o günə ki, arvadlardan biri yad qızı olaydı, yad qızı deyəndə ki, ərinə əmiqızı, xalaqızı, dayıqızı kimi yox, bir başqa cür qohumluğu çataydı.
O dəqiqə qayınanası gedib oturardı qonşuda ki, bəs sümüyümü it sümüyünə calayıblar, ay el-oba!..
Qonşular da “can-can” deyə-deyə ona bir stəkan su içizdirərdilər, bununla da odun üstünə benzin töküb geri yollayardılar.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Orda gəlinlərlə qayınanalar səhər-axşam bir-birini qırardılar. Evdə subay oğlan olanda qayınananın gəlinlə düşmənçiliyi lap artardı.
Çünki hər qayınanaya elə gələrdi ki, gəlini onun subay oğluna öz qohumlarından birini almaq istəyir.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı.
Orda subay oğlan olmaqdan gözəl heç nə yox idi. Hansı qapıya gedərdin, altına döşək sərərdilər. Hansı ananın halını soruşardın, o dəqiqə nə dərdi-səri vardısa açıb tökərdi.
Özü də elə pıçapıçla danışardı ki, elə bil bu dünyada ona səndən yaxın, səndən doğma adam yoxdu.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağındakı rayonda subay olmaqdan gözəl heç nə yox idi. Ot yığmağa gedən qızların maşınların kuzovunda yanından ötüb-keçməsi gözəl idi.
Səhəngini götürüb bulaq başına yığışan qızların səni görəndə kiriməsi gözəl idi. Kəndin bütün evlərindən görünən Qara ağac düzündə at çapmaq, hər bazar günü hind kinosu gələndə məktəbin artırmasında yer tutmaq uğrunda çarpışmaq…
Gözəl idi. Ay nədi ki, ayın batması da gözəl idi, gün nədi ki, günün çıxması da gözəl idi.
Çünki bu, eləcə ayın batması, günün çıxması deyildi. Bu, həyat idi və bu həyatda yaşamağın gözəlliyi idi.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı… O rayon indi yoxdu.
İşğal da elə budu.
Azər Qaraçənli
Xəbərin oxunma sayı : 289
Sosial
Xəbərlər
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
TOP 10
ARXİV