Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan-İran sərhədində silahlı insident baş verib – DSX məlumat yaydı

Tarix 04.12.19, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. 

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qar­şı silahdan havaya xəbərdarlıq məqsədi ilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürül­üb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 235




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap