Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan-Pakistan əlaqələri: Siyasi müstəvidə əladır, bəs iqtisadi sahə?

Tarix 10.01.21, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Pakistanla ticarəti inkişaf etdirməkdə maraqlıdır”

“Azərbaycanın səfiri Əli Əlizadə ölkəsinin Pakistanla ikitərəfli ticarəti daha da inkişaf etdirmək istədiyini söyləyib. Səfir hər iki ölkənin ticarət və iqtisadi əməkdaşlıq əlaqələrində bir çox sahələrdə genişlənmə imkanlarının böyük olduğunu bildirib”.

Musavat.com xəbər verir ki, bu cümlələr Pakistanın “thenews.com.pk” saytında yer alıb.

Sayt yazır: "İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) görüşü zamanı Azərbaycan səfiri yerli iş adamlarına müraciətində bildirib ki, Azərbaycan ilə Pakistan arasında siyasi səviyyədə mükəmməl əlaqələr qurulub: “Lakin ticarət və iqtisadi əlaqələr mövcud olan siyasi əlaqələrlə uyğun gəlmir. Bu səbəbdən hər iki ölkənin iqtisadiyyatı üçün yüksək faydalı nəticələr verəcək ticarət əlaqələrinin inkişafına ciddi ehtiyac var”.

Tədbirdə çıxış edən İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Sərdar Yasir İlyas Xan Pakistan ilə Azərbaycan arasında cəmi 16-17 milyon dollar civarında ikitərəfli ticarətin olduğunu vurğulayıb: “Hər iki ölkənin potensialını nəzərə alsaq bu, olduqca azdır. Əczaçılıq, kosmetika, cərrahi alətlər, idman malları, elektrik cihazları, tekstil, dəri məhsulları, mebel, qida və meyvə məhsulları, mühəndislik və istehlak malları, düyü də daxil olmaqla bir çox keyfiyyətli Pakistan məhsulları geniş əhatəyə malikdir. Azərbaycan bu məhsulların Pakistandan idxalına maraq göstərə bilər”.



Xəbərin oxunma sayı : 847




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap