“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır

Tarix 09.12.25, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan təkcə yaxın regionda deyil, həm də Avropa ölkələri ilə tərəfdaşlıq imkanlarını ardıcıl şəkildə inkişaf etdirir. Bu ölkələr arasında Mərkəzi Avropada yerləşən Slovakiya xüsusi yer tutur. Slovakiya NATO və Avropa İttifaqının üzvü, dinamik inkişaf edən iqtisadiyyata və güclü sənaye potensialına malik dövlətdir. Məhz bu amillər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsaslardan biridir. Azərbaycan və Slovakiya rəhbərləri arasında formalaşmış qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişaf etməsinə şərait yaradır. Bu səbəbdən iki ölkə arasında əlaqələr son illərdə daha strateji və dinamik mərhələyə qədəm qoyub.

Yüksəksəviyyəli siyasi dialoqun intensivləşməsi və iqtisadi əməkdaşlığın genişlənməsi tərəfdaşlığın möhkəm təməllərə söykəndiyini təsdiqləyir. Xüsusilə 2023-2024-cü illərdə imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Slovakiya Baş nazirinin və Prezidentinin Azərbaycana səfərləri siyasi sahə ilə yanaşı, iqtisadi, enerji və humanitar əməkdaşlığa real töhfələr verib. Qarabağda həyata keçirilən bərpa layihələrində Slovakiya şirkətlərinin iştirakı isə bu tərəfdaşlığın regional inkişaf üçün də əhəmiyyətini ortaya qoyur.
Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ilə əlaqələr kontekstində də xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji baxımdan böyük əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı ilk ölaraq bildirib ki, “bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub”.
Slovakiya Prezidenti qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş potensial var”, – deyə o əlavə edib.

Ümidvarıq ki, bu səfər Avropa İttifaqı və NATO üzvü olan Slovakiya ilə ölkəmiz arasında bütün sahələr üzrə əlaqələrin daha da möhkəmlənməsinə böyük kömək olacaqdır.

Şəmsi Hüseynov



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap