Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan şəhəri kürd mərkəzinə çevrildi – Rəsmi

Tarix 28.03.17, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Kərkük Bölgə Məclisi bölgədəki bütün rəsmi idarələrin yanında İraqla yanaşı İraq Kürd Muxtar Vilayətinin də bayrağının asılması haqqında qərar qəbul edib.Axar.az xəbər verir ki, məclisdə keçirilən səsvermə zamanı yalnız 26 kürd nümayəndə qətnamənin lehinə səs verib. Ərəblər və türkmanlar isə bu məsələnin müzakirəsini boykot edərək Məclisə gəlməyiblər.

İraq Prezidentinin köməkçisi Üsamə Nuceyfi yaydığı yazılı açıqlamada Kərkükdə İraq Kürd Regional Rəhbərliyi (IKBY) bayrağının asılmasını şəhərdəki milli birliyi pozmağa yönələn addım hesab etdiyini bildirib:”Bu addım Kərkükdəki milli birliyə ziddir, tərəflər arasındakı anlaşma və həmrəylik ruhu ilə ziddiyyət təşkil edir. Tək bir qrupun, yaxud partiyanın iradəsinin qəbul edilməsi, digərlərininsə şəhər rəhbərliyindəki iradə və haqqının tapdalanması qəbuledilməzdir”.

Nuceyfi sözügedən qərarın yenidən nəzərdən keçirilməsinə çağırış edib.
Qeyd edək ki, Kərkük Bölgə Məclisi 41 üzvdən təşkil olunub. Onun 26-sı kürd, 9-u türkman, 6-sı isə ərəbdir. Həm kürdlər, həm də türkmanlar Kərkükü özlərinin mədəni mərkəzi hesab edirlər. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir. Şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb. Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır.
İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.
Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.



Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap