Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək?

Tarix 27.04.17, 0:23

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etdikləri iddia olunan və bununla bağlı barələrində istintaq hərəkətlərinin aparıldığı bildirilən Azərbaycanın bəzi dövlət və özəl təşkilatları bağlı yayılan məlumatlara münasibət bildirib

AzFakt.com APA-ya istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, rəhbərlik etdiyi qurumun təmsilçilərinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

 "Azərbaycanın Baş Prokurorluğu Azərbaycan Banklar Assosiasiyasına sorğu göndərib. ABA-nı təmsil edən şəxslər Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etməyib. Bununla bağlı Banklar Assosiasiyasından Azərbaycanın Baş Prokurorluğuna rəsmi cavab göndərilib".
 
"Azərbaycan Beynəlxalq Bankı" da 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirilən III Beynəlxalq İqtisadi Forumunda ABB nümayəndələrinin iştirakı barədə mətbuatda yayılan xəbərləri təkzib edib. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bank bu forumda təmsil olunmayıb. Mətbuat xidmətinin açıqlamasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq ABB-də əsas diqqətin hazırda sağlamlaşdırma tədbirlərinə yönəldiyi və bu cür forumlarda iştirakın planlaşdırılmadığı bildirilib.
 
"Azərsun Holding"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov da açıqlamasında təmsil etdiyi şirkətin nümayəndələrinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak etmədiyini vurğulayıb. "Bu məlumat doğru deyil. Bizim şirkət və nümayəndələrimizdən heç kim bu forumda iştirak etməyib. Bu forumda iştirak etmədiyimizə görə, Ukrayna prokurorluğu tərəfindən bizə heç bir formada cinayət işi açılmayıb", - deyə A. Səfərov əlavə edib.  
 
"Azərkosmos" ASC-dən verilən məlumata görə, şirkətin nümayəndələrinin sözügedən forumda iştirak etmələri barədə yayılan məlumatlar əsassızdır. "Bu gün bəzi kütləvi informasiya vasitələrində "Azərkosmos" ASC-nin nümayəndəsinin 20-22 aprel 2017-ci il tarixlərində Yalta şəhərində keçirilən "III Beynəlxalq iqtisadi forum"da iştirakı barədə məlumat yayımlanıb. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. "Azərkosmos" ASC-nin heç bir əməkdaşı Yalta şəhərinə keçirilən "III Beynəlxalq iqtisadi forum"da iştirak etməyib", - deyə məlumatda vurğulanıb.
 
SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev də təmsil etdiyi qurumun III Beynəlxalq İqtisadi Forumunda iştirak etmədiyini bildirib.
 
İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev də Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin 20-22 aprel 2017-ci il tarixlərində Yalta şəhərində keçirilən "III Beynəlxalq iqtisadi forum"da iştirak etmədiyini deyib.
 
Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.
 
İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.
 
Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və özəl şirkətlərinin nümayəndə heyətinin də olduğu bildirilir.



Xəbərin oxunma sayı : 97




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap