Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir

Tarix 29.11.21, 17:01

Font ölçüsü : - / +
bitmap-img6


Ümumiyyətlə, ölkəmiz bütün regional və beynəlxalq platformalarda öz fəallığı ilə seçilən ölkələrdəndir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatında təmsil olunurlar və üzv dövlətlər arasında səmərəli əməkdaşlıq qurulur. İqtisadi Əməkdaşlıq Təşkilatının daha da təkmilləşdirilməsi məsələsində Azərbaycanın xüsusi rolu vardır.


Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə təşkilatın Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Təşkilatın 2006-cı ildə Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə
Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb.2021-ci ilin mart ayında isə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyənin sədrliyi ilə keçirilən
14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb ki, bunun əsasında İƏT-in Tədqiqat Mərkəzi tezliklə Bakıda fəaliyyətə başlayacaq. “Zaman sübut edir ki, ümummilli lider Heydər Əliyevin
uzaqgörənliliklə irəli sürdüyü ideyalar vaxtı gəldikcə həyata vəsiqə qazanır. Bakıda fəaliyyət göstərəcək
Tədqiqat Mərkəzinin əsas məqsədi isə iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması
üçün İqtisadi Əməkdaşlıq Təşkilatı və üzv ölkələrə yardım etməkdir.
Bu və digər regional, eyni zamanda beynəlxalq təşəbbüslərlə çıxış edən Azərbaycan son illər
faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Buna töhfə
verəcək növbəti böyük bir uğurun-Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni
imkanlar yaradacaq.
Soçi görüşündən sonra Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından
da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bir daha təsdiq edir ki, bu yeni nəqliyyat
infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və təşkilata üzv
ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli
hissəsinə çevriləcəyini əsaslandıran fikirləri, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə
dərhal genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq,
sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi
Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatında qurucu Lider kimi tanınmasına əsas verir.
Prezident İlham Əliyev hər zaman bütün platformalarda olduğu kimi İqtisadi Əməkdaşlıq
Təşkilatın tribunasından da istifadə edərək Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin
diqqətinə çatdırdı. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində bütün şəhər və
kəndləri, o cümlədən mədəni, dini irs abidələrini yerlə-yeksan etməsinə diqqət çəkməklə Prezident
İlham Əliyev bunun bütün müsəlmanlara qarşı təhqir və nifrət olduğunu, tarixin və olanların isə
unudulmadığını bir daha bəyan etdi. İşğala məruz qalmasına baxmayaraq Azərbaycan bu gün qalib ölkə
olaraq davamlı sülh və təhlükəsizlikdə maraqlıdır. Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması
əsasında Azərbaycan Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etmişdir. Soçi görüşündən
sonra isə Ermənistanın bu çağırışa artıq müsbət reaksiyaları müşahidə edilir.
Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar
öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi
bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad
edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.
Vəfa Kərimova,



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap