|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Azərbaycan İranda kimi prezident görmək istəyir? - TƏHLİL
Tarix 24.04.17, 17:53 |
|
İranda mayın 19-da prezident seçkisi keçiriləcək. Mindən çox namizəddən cəmi 6 nəfərin namizədliyi təsdiq olunub. Misal üçün keçmiş prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınmayıb. Buna baxmayaraq, namizədlər içərisində mühafizəkarların təmsilçiləri kifayət qədərdir. Bunların içərisində İranın keçmiş prokuroru Rəisini və Tehranın meri Qalibafı göstərmək olar.
Qərb ölkələri İranda prezident seçkisində mühafizəkarların qələbəsində maraqlı deyil. Bu qələbədənsə Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsində maraqlıdırlar. Çünki məhz Həsən Ruhaninin dövründə nüvə anlaşması imzalandı, beynəlxalq aləm gərginlikdən qurtardı. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyildi, İranın nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Həsən Ruhaninin prezident seçilməsiylə son qoyuldu. Çünki keçmiş prezident Mahmud Əhmədinejatdan fərqli olaraq Həsən Ruhani Amerika ilə ümumi dil tapa bildi. Ona görə də Qərb dünyası, o cümlədən Vaşinqton, London və Brüssel mühafizəkar namizədin İranda prezident seçilməsini istəmirlər. Çünki mühafizəkar prezident İranda yenidən nüvə çalışmalarına başlaya bilər. Bu isə Qərb dünyası üçün yeni problem yaradacaq.
İranda prezident seçkilərində sürprizlər az olmayıb. İranda müstəqil rəy sorğuları keçirilmədiyinə görə kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir. Məsələn, 1990-cı illərin sonlarında parlamentin keçmiş sədri Natiq Nuri ilə keçmiş mədəniyyət naziri Məhəmməd Xatəmi arasında mübarizə gedirdi. Çoxları deyirdi ki, Natiq Nurini dini lider, İslam Keşikçiləri və ümumilikdə mühafizəkarlar müdafiə edir və ona görə də o prezident seçiləcək. Ancaq nəticə fərqli oldu, çoxlarının gözləmədiyi halda Məhəmməd Xatəmi prezident seçildi və ikinci seçkidə də kürsüsünü qorudu. Doğrudur, onun prezidentliyinin İranda siyasi və iqtisadi islahatları sürətləndirdiyini vurğulamaq çətindir. Bu mənada may ayındakı seçkidə də prezidentin kimin seçiləcəyini proqnozlaşdırmaq çətindir. Vəziyyət qəfil dəyişə bilər.
Belə fikirlər var ki, İran əhalisi islahatların dərinləşməsini istəyir, əhalinin əksər hissəsi də gəncdir və onlar yenilikdə maraqlıdırlar. Yəni bu məntiqdən çıxış edərək Həsən Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır. Ancaq yenə də keçmiş illərdə olduğu kimi bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz – ali dini lider və İslam Keşikçilərinin generalları verirlər. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünü şərti adı liberallar olan kəsimin namizədin nəzarətinə keçməsinə mane olmurlar. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə bilməz, dini liderin çızdığı “qırmızı çizgini” aşa bilməz. Mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmaya bilərlər ki, Qərblə iqtisadi əməkdaşlıq və sanksiyaların yumşalması prosesi davam etsin.
Qərb kimi Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir. Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Məhz Həsən Ruhaninin dövründə iki ölkə arasındakı əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan Həsən Ruhani o birilərlə müqayisədə Azərbaycan üçün məqbul namizəddir. Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlkitək işğalçı dövlətlə əlaqələrinə davam etdirirlər və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır. Ali dini lider milliyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır. Məsələn, keçən ilin aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri Cümə namazlarında Azərbaycan dəstək ifadə edən ifadələr işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada varkən milliyətçə azərbaycanlı olan ali dini liderin niyə Ermənistanla da əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil.
Azərbaycanın siyasi dairələri və cəmiyyəti İranın ali dini lideri Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözləyir. Ali dini lider Tehranın Ermənistan siyasətini müəyyənləşdirməsində mühüm rol oynaya bilər. Bu İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər. Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür.
“Atlas” Araşdırmalar Mərkəzi
Xəbərin oxunma sayı : 841
Analiz
Xəbərlər
-
İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
-
Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? - ARAŞDIRMA
-
Azərbaycanda tapılan qədim sikkələrin görüntüləri - VİDEO
-
“Bank of Baku“dan narazılıq: Keşbek limitini 3 dəfə azaldıb
-
Niger hakimiyyətindən ABŞ hərbçilərinə şağırış - “Ölkəni tərk edin...“
-
AXCP Daşkəsən rayon şöbəsinin sədri niyə saxlanılıb? - DİN açıqladı
-
Taksilərlə bağlı yeni qaydalar: Bundan sonra... (VİDEO)
-
Rayonlara qar yağıb, şaxta olub - FAKTİKİ HAVA
-
Novruz tətili başlayır - Neçə gün qeyri-iş günü olacaq?
-
Çin hava taksilərinin satışına başlayıb - VİDEO
-
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım etdi - FOTO
-
Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma
-
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
-
Xalq artisti görünüşü ilə təəccübləndirdi - VİDEO
-
Futbolumuzun yeganə xilas yolu - Yalnız o gəlməlidir
-
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”: Generalın istintaqı bitdi
-
Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib: Bulut Bağcı kriptovalyuta işini necə “qurub?”
-
Dərman vasitələrinin farmakonəzarət qaydası ilə bağlı YENİLİK
-
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
-
Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək məbləğlər - SİYAHI
-
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
-
“Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram” - Prezident
-
AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı - RƏSMİ
-
Nura Suridən Xəyyam Nisanov barədə şok sözlər - VİDEO
-
Jurnalsit İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər“
-
Ermənistanın keçmiş müdafiə naziri: “Hindistandan alınan silahlar yararsız vəziyyətdədir”
-
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
-
Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı
-
Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO
-
“Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik” - İlham Əliyev
-
Zəngilanın bu kəndi yenidən qurulacaq - 1,1 milyon ayrıldı
-
Hikmət Hacıyev Çinə niyə gedib? - TƏHLİL
-
“Azpetrol“ məntəqələrində yolxlama: İnsanların həyatı təhlükəyə atılıb!
-
Yerli və idxal kərə yağları cüzi bahalaşıb – Son qiymətlər
-
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
-
Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO
-
Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir: Minlərlə hərbçi yerləşdiriləcək
-
“Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir” - Prezident
-
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - “Rang Rover“lə qəza...
-
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə
-
“Əfsuslar olsun ki, bu, Ermənistana dərs olmadı“ - Azərbaycan lideri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub
-
“Azəriqaz”da Cahid Hüseynov ruzigarı: direktor müavininin bacısı oğlu yeni vəzfəyə təyin edildi
-
Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO
-
“İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək“ - Nazirlər Kabineti
-
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
-
Prezident Azərbaycan xalqını təbrik etdi - MƏTN
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - Nəticələr elan olundu
-
Polis gücləndirilmiş iş rejimində çalışacaq - DİN
-
Azərbaycanda işsizlərin sayı artdı – Son 20 ilin statistikası
-
İkitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü
-
“Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq“ - Millət vəkili
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb - Xalqı təbrik edib + FOTOLAR
-
Nazirlik “Araz Supermarket”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
İşdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - FOTOLAR
-
Martın 20-də geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Dünyanın ən isti yeri: burada hətta bakteriyalar belə yaşaya bilməz
-
İlham Əliyev Vladimir Putini təbrik etdi - Prezident seçkisində qələbəsinə görə
-
Xırdalan dairəsində ev adı altında tikilən obyekt restoran kimi fəaliyyət göstərəcək - FOTOLAR
-
“Bakı otis lift“ valyuta vəsaitini xaricdən geri qaytarmayıb - PROTOKOL
-
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
-
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - REYTİNQ
-
Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərlə bağlı brifinq keçirilib - VİDEO
-
Hikmət Hacıyev Pakistanın Çindəki səfiri ilə görüşüb - FOTO
-
“Putin prezident seçkilərində qalib gəldi“ - Rusiya MSK
-
Dövlətə məxsus 10 avtomobil hərraca çıxarılır – Qiymətlər 1 300 manatdan başlayır (SİYAHI)
-
Bakıda həll yolunu tapmayan səki problemi - VİDEO
-
Məktəb təhsili əlavə hazırlıqlara sövq edir? - VİDEO
-
Deputat Erkin Qədirlinin köməkçisi ölkədən qaçıb? - İDDİA
-
Əli Əsədovdan qeyri-müntəzəm sərnişin daşınması ilə bağlı QƏRAR
-
“Rusiya ilə NATO arasında müharibə mümkündür“ - Putin
-
Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA
-
“Ukrayna üçün hərbçilərin göndərilməsi, silah və sursat təchizatı yoxdur“ - Avstriyanın XİN
-
Novruz Bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir - VİDEO
-
“Biz onu dəyişmək istəyirdik, amma o, öldü“ - Putin
-
Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - FOTOLAR
-
Binəqədidə söküntü problemi: Mənzil sahibləri tikinti şirkəti ilə razılaşmırlar - VİDEO
-
“Rəsmi nikahım yoxdur“ - Vəfa Şərifova
-
“Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq” - Qurban Qurbanov
-
“Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var“ - Prezident İlham Əliyev
-
Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir
-
“Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq“ - Prezident
-
Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO
-
Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub - VİDEO
-
Mənzil almaq istəyənlər bankların daxili ipotekasından niyə istifadə edə bilmir? - VİDEO
-
“COP-29 dönüş nöqtəsi olacaq“ - Stoltenberq
-
Dövlət Baxçalı Ərdoğana çağırış etdi - “Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən!
-
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
-
“Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik“ - NATO-nun Baş katibi
-
Xocavəndin əsrarəngiz Tuğ kəndi: Yeni görüntülər - VİDEO
-
Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - SƏBƏB
-
Prezident İlham Əliyevin Yens Stoltenberqlə təkbətək görüşü başlayıb - FOTOLAR
-
Ukraynaya hərbi yardım ABŞ-nin silah ehtiyatlarını azalda bilər - Ağ Ev
-
Xəzər dənizi yox olacaq? - “Proses 2050-ci ilə qədər davam edəcək“
-
NATO baş katibi Azərbaycanda səfərdədir - FOTO
-
Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb - Patriarxın qorxulu fətvası
-
“Tramp prezident olmaq üçün çox yaşlıdır” - Baydendən məzəli ittiham
-
“Hökumət inflyasiyanı birrəqəmli həddə endirəcək“ - Ərdoğan
-
“Azəriqaz“ı onlar idarə edirmiş...- Sədr müavini Cahid Hüseynovun qohumları
-
İslandiyada şəhər boşaldıldı: Turistlər və yerli sakinlər təxliyə edildilər
-
Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - 2 nəfər imtahandan xaric edilib
-
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
-
Dövlət Baxçalı yenidən MHP sədri seçildi - 11-ci dəfə
-
“Bitcoin” alaq, yoxsa qızıl? - ARAŞDIRMA
-
Ermənistanda narazı əhali ayağa qalxdı - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Sumqayıtda tank mərmisi aşkarlandı - FOTO/VİDEO
-
Havanın temperaturu aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Moskvada hava limanları bağlandı: Ukrayna dronlarının hücumları
-
Dumanlı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
-
NATO tükənir: Pul yoxdur
-
Kiberdələduzların yeni fırıldağı: bu keçidlərə daxil olmayın! (VİDEO)
-
Zeytun yağı xilaskara çevrilir: 5 yaşınadək uşaqlarda...
-
Bakıda bu küçələrə avtomobillər buraxılmayacaq - Bu gündən qadağa qüvvəyə minib
-
Dünyanın ən böyük təyyarəsi yaradılacaq - FOTO
TOP 10
ARXİV