Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan ABŞ səfirliyinin Qüdsə köçürülməsini pislədi: “Bu qərar humanitar fəlakətə yol açdı“

Tarix 21.05.18, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qəzzədə qan axıdılmasını və ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsini pisləyir.

Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun mayın 18-də İstanbulda İslam Həmrəyliyi Təşkilatının fövqəladə sammitində çıxışının əsas fikri bundan ibarət idi. Qəzzədə son qarşıdurmalara toxunan Məmmədyarov 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanmasını qəbuledilməz adlandırıb: “Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq”, deyə o bildirib.

“Azərbaycan bu məsələyə töhfə verməyə hazırdır və biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Qüds Fələstin Dövlətinin paytaxtı olmaqla, “iki dövlət prinsipi”nə əsaslanmalıdır”, deyə Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, “ABŞ prezidentinin Qüds şəhərini İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır. Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu hərəkət Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və üstəlik bütün təhlükəli fəsadlarla humanitar fəlakətə yol açdı”, deyə nazir bildirib.

O, öz çıxışında İƏT üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana göstərdikləri dəstəyə görə də minnətdarlıq edib.

Maraqlıdır ki, ABŞ-ın Qüds səfirliyinin açılması ilə, demək olar ki, eyni zamanda Azərbaycan vergilər naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti bu şəhərdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclasında iştirak edib. (Turan)



Xəbərin oxunma sayı : 271




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap