Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan böyük nüfuz qazanıb - Özbəkistan rəsmisi

Tarix 12.07.17, 3:22

Font ölçüsü : - / +
bitmap-img6


“Özbəkistanın Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndiririk”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Spiker iki ölkə arasında münasibətlərin dərinləşməsinə parlamentlərin öz töhfələrini verə biləcəyini deyib. Milli Məclisdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyi deyən O. Əsədov hər iki ölkə deputatlarının nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşdüyünü, maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin ümumi işinə xeyir gətirəcəyini vurğulayıb.

Spikerin sözlərinə görə, bu səfər iki ölkə arasında ikitərəfli münasibətlərin, o cümlədən dini sahədə əlaqələrin daha da inkişaf etməsinə öz dəyərli töhfəsini verəcək. Azərbaycanda İslam dəyərlərinin qorunmasına və təbliğinə böyük önəm verildiyini deyən O. Əsədov qeyd edib ki, 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması və IV İslam həmrəyliyi oyunlarının müvəffəqiyyətlə keçirilməsi təsadüfi deyil.

A. Yusupov isə bildirib ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi dost və qardaş xalqların ümumi mənafelərinə xidmət edir. Azərbaycanda İslami dəyərlərə olan dərin hörmət və ehtiramı yüksək qiymətləndirən A. Yusupovun sözlərinə görə, müstəqil Azərbaycan təkcə Qafqaz regionunda deyil, onun hüdudlarından kənarda da özünə böyük nüfuz qazanıb. O, ölkəsinin həyatın bütün sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb.



Xəbərin oxunma sayı : 112




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap