Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan balı Çin bazarına çıxarıla bilər

Tarix 10.12.17, 0:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda istehsal olunan balın xüsusiyyətlərini, yerli bazarda yuxarı qiymətini, dünya idxal qiymətlərini və Avropa ölkələrində pərakəndə satış qiymətlərinin 4-8 € arası olmasını nəzərə alaraq, yerli bal yalnız xarici “niş” və ya “premium” bazarlarda “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi yer ala bilər

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ixrac bazarları icmalına istinadən xəbər verir.

Məlumata əsasən, bu bazarlara Avropa ölkələri və Çin aiddir. Avropanın “niş” bazarlarında satılan balın payı ümumi Avropa bal bazarının 15- 20%-ni əhatə edir. Çində istehlakçıların premium bal məhsullarına verdiyi dəyəri nəzərə alaraq Çin bazarı da cəlbedici hesab edilə bilər. Azərbaycan balının həmin bazarlara daxil olması üçün məhsulun beynəlxalq standartlara (hər bir ölkə üçün bu standartlar fərqlənə bilər) uyğunlaşdırılması, sertifikatlaşdırılması, qablaşdırılması, etiketlənməsi mütləqdir.

Qeyd edək ki, son illər Azərbaycanda bal ixracı ənənəsi yaranıb və 2016-cı ildə 6,1 ton bal ixrac olunub. Eyni zamanda həmin ildə 87,7 ton bal idxalı həyata keçirilib. 2016-cı ildə Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min ABŞ dolları olub, bu isə dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə yüksəkdir. 



Xəbərin oxunma sayı : 100




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap