Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan bankları “halal” kredit verəcəklər –TOPLANTI

Tarix 10.12.18, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) FED.az-a bildiriblər ki, ABA tərəfindən təşkil olunmuş iclasda Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericilik, tənzimləmə sistemi və nəzarət tələbləri vüzakirə olunub.

Toplantıda ölkədə bank xidmətləri, mikromaliyyə, sığorta və qiymətli kağızlar sektorlarının imkanları, bu sektorda İslam maliyyəsi üçün imkanlar da diqqət mərkəzində olub.

Bazar iştirakçıları üçün İslam maliyyəsinə əsaslana biləcək mümkün məhsullar, tələb və təklif istiqamətləri, mexanizmlər, əməliyyatlar və s. məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda, həmçinin “Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” layihəsi ilə bağlı təqdimat keçirilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda, “Azericard” MMC ABA-nın üzvüdür.

 




Xəbərin oxunma sayı : 199




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap