“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan cəmiyyəti hansı ölkələrə yaxınlıq hiss edir? – SORĞU

Tarix 25.05.23, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu əsasında vətəndaşların hansı qrup ölkələri özlərinə yaxın hiss etmələri ilə bağlı fikirlərini öyrənib. Bu məqsədlə onlara “Aşağıdakı qrup ölkələr arasında hansılara yaxınlıq hiss edirsiniz?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, sorğu nəticələrinə əsasən, vətəndaşların mütləq əksəriyyəti, yəni 83,6%-i türk ölkələrini özlərinə yaxın hiss etdiklərini bildirib.

Nəticələri respondentlərin yaş qrupları üzrə təhlil etdikdə Azərbaycan cəmiyyətində türk ölkələrinə yaxınlıq hissi müxtəlif nəsillər üzrə yüksək qiymətləndirilib.

Həmçinin nəticələrin gender aspektindən təhlili kişilərin və qadınların sözügedən mövqeni bərabər səviyyədə bölüşdüyünü göstərib.

Analoji nəticəni respondentlərin təhsil səviyyəsi üzrə göstəricilərə də şamil etmək olar.

Sorğu əsnasında iştirakçıların 12,0%-i islam ölkələrinə, 8,6%-i keçmiş sovet ölkələrinə yaxınlıq hiss etdiklərini qeyd ediblər.

Respondentlərin 6,5%-i bu suala cavabında “qonşu ölkələr”, 2,1%-i “Qərb ölkələri” cavab variantını qeyd edib. 1,8%- heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Açıklama yok.



Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap