Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri arasında - Reytinq

Tarix 02.12.16, 4:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan 2016-cı il üçün qlobal militarizasiya (silahlanma) indeksi üzrə 9-cu olub.

Bu fikir Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi (Global Militarization Index 2013) tədqiqatında əksini tapıb.

Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi parametrlər əsasında ölkələri qiymətləndirirlər.

Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanır.

Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur. Dördüncü sırada İordaniya gəlir. Şimal qonşumuz Rusiya isə beşincidir.

Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

İlk onluq belədir:

1. İsrail

2. Sinqapur

3. Ermənistan

4. İordaniya

5. Rusiya

6. Cənubi Koreya

7. Kipr

8. Yunanıstan

9. Azərbaycan

10. Bruney (oxu.az)



Xəbərin oxunma sayı : 181




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap