Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan əhalisi bu il ərzağa 4,6 mlrd. manat xərcləyib

Tarix 15.05.17, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7% üstələyərək 10,2 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 50,6%-ni (5 mlrd. 161 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4%-ni (5 mlrd. 39 mln. manat) qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6% və 2,7% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i (4 mlrd. 610,4 mln. manat) ərzaq məhsullarının, 5,4%-i (550,87 mln. manat) içkilər və tütün məmulatlarının, 17,7%-i (1 mlrd. 805,4 mln. manat) toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4%-i (448,8 mln. manat) elektrik malları və mebellərin, 4,9%-i (499,8 mln. manat) avtomobil yanacağının, 1,3%-i (132,6 mln. manat) əczaçılıq və tibbi malların, 0,8%-i (81,6 mln. manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i (1 mlrd. 866,6 mln. manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4%-i hüquqi şəxs statuslu müəssisələr, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 35,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7%, fərdi sahibkarlar üzrə 2,5% artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.



Xəbərin oxunma sayı : 88




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap