Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib - Statistika

Tarix 15.06.20, 22:55

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ilin yanvar-may aylarında Azərbaycanda əhalinin pullarını hansı məhsullara xərclədiyi məlum olub.

AzFakt.com Trend-ə istinadən xəbər verir ki, istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ümumilikdə 2020-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 milyard 567,2 milyon manatlıq, o cümlədən 7 milyard 827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.



Xəbərin oxunma sayı : 922




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap