Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...” Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO
Axtar
 
  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

  • / Maqazin / — 01 Aprel 2019

    Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...”

  • / Maqazin / — 31 Mart 2019

    Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO

  • / Maqazin / — 30 Mart 2019

    Azərbaycanlı müğənni yataqda - Foto

  • / Maqazin / — 27 Mart 2019

    Nəsrin Cavadzadə elə libas geyindi ki... - Foto

Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?- Birinci yerdə ərzaq məhsulları gəlir

Tarix 13.03.19, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 5,5 milyard manata bərabər olub.

Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,2 faizi ticarət müəssisələri, 49,6 faizi fərdi sahibkarlar tərəfindən, 31,2 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1 faiz artıb, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalarda 3,6 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.



Xəbərin oxunma sayı : 706

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda