Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan əhalisinin dərmana çəkdiyi xərc 42 faizdən çox artıb - Statistika Komitəsi

Tarix 17.06.20, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 567,2 milyon manatlıq, o cümlədən 7 827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,7% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2% artıb. Son 1 ildə elektron ticarət dövriyyəsində isə 1,7 dəfə artım olub.

Hesabat dövründə əmtəə bazarı və onun illik dinamikası aşağıdakı göstəricilərlə xarakterizə olunub:

o cümlədən:
ərzaq məhsulları7 036,6103,5
içkilər və tütün məmulatları791,1100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar2 172,981,9
elektrik malları və mebellər834,394,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları100,598,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar262,3142,2
avtomobil benzini və dizel yanacağı807,399,2
digər qeyri-ərzaq malları2 562,298,6


Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,3%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 14,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,6%-i ticarət müəssisələri, 49,5%-i fərdi sahibkarlar, 26,9%-i isə bazar və yarmarkalar hesabına satılıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,4%, fərdi sahibkarlar üzrə 0,5% artıb, bazar və yarmarkalarda isə 15,1% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və yaxid ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.







Xəbərin oxunma sayı : 1030




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap