Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan ən çox haradan mal alır?

Tarix 16.10.18, 20:24

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin 2018-ci ilin 9 ayı üzrə hesabatında idxalın həcmi 7 milyard 905,2 milyon dollar göstərilib. Rəsmi statistikaya görə, bu il idxal əməliyyatlarının dinamikası belə olub: yanvar – 689,7 milyon dollar, fevral – 762,8 milyon dollar, mart – 739,1 milyon dollar, aprel – 834,6 milyon dollar, may – 829,2 milyon dollar, iyun – 805 milyon dollar, iyul – 1 milyard 116,8 milyon dollar, avqust – 1 milyard 86,4 milyon dollar, sentyabr – 1 milyard 41,6 milyon dollar.

Novator.az bildirir ki, yanvar-sentyabr ayları üzrə idxal reytinqinə Rusiya başçılıq edib. Azərbaycan 9 ayda Rusiyadan 1 milyard 251,9 milyon dollarlıq mal alınıb.

Türkiyədən Azərbaycana 1 milyard 123,3 milyon dollarlıq, Çindən 813,9 milyon dollarlıq məhsul göndərilib.

Azərbaycanın ən çox məhsul aldığı digər ölkələr bunlardır:

Almaniya – 479,9 milyon dollar

ABŞ – 387,9 milyon dollar

Ukrayna – 314,9 milyon dollar

Yaponiya – 258,3 milyon dollar

İran – 248,1 milyon dollar

İtaliya – 243,7 milyon dollar

İsveçrə – 201,7 milyon dollar

Böyük Britaniya – 178,8 milyon dollar

Cənubi Afrika Respublikası – 162,2 milyon dollar

Belarus – 148,7 milyon dollar

Qazaxıstan – 133,8 milyon dollar

Fransa – 129,5 milyon dollar.



Xəbərin oxunma sayı : 184




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap