Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan Ermənistanın əsir götürdüyü Amin və Bayramla bağlı hərəkətə keçdi - RƏSMİ

Tarix 22.11.20, 9:30

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların  işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. 

Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Qeyd edilib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ ilk gündən Müvəkkilin diqqət mərkəzindədir və bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap