Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan futbolunun sponsor dərdi: Şirkətlər niyə qaçır?

Tarix 23.06.20, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Heç kimə sirr deyil ki, Azərbaycan futbolunun ən böyük problemlərindən biri sponsor məsələsidir. Elə AFFA da ölkə çempionatında komanda sayının azlığını, regionlarda futbol klublarının olmamasını bu amillə əlaqələndirir.

Sport7.az saytı olaraq futbolumuzun bu probleminin iqtisadi tərəflərini aradırmaq qərarına gəlib.

Sayt iqtisadiyyat üzrə mütəxəssislərə müraciət edərək "Azərbaycanda şirkətlər futbol klublarına niyə sponsorluq etmir? Gəlir yoxdur? Şirkətlər futbol klublarına sponsorluq etməkə nə qazana bilər" suallana cavab tapmağa çalışıb.
 

Tanınmış iqtisadçı Natiq Cəfərlinin fikrincə, rəqabətsizlik mühitində sponsorlar reklam bazarına pul yatırmaqda maraqlı olmur:

"Bunun üçün gərək lap əvvələ qayıdaq. Rəqabətli mühit yoxdursa, reklam bazarının əhəmiyyəti qalmır. Yəni, şirkətlər o zaman sponsorluq edirlər ki, reklam olsun, bununla tanınsınlar, daha çox dövriyyəyə nail olsunlar, daha çox gəlir əldə etsinlər. Azərbaycanda reklam bazarı çox zəifdir, hətta qonşu Gürcüstandan belə zəifdir. Baxmayaraq ki, bizdə əhali Gürcüstandan iki dəfə çoxdur. Rəqabətsizlik mühitində sponsorlar reklam bazarına pul yatırmada maraqlı olmur. Çünki bununla hər hansı formada gəlir götürəcəklərinə inanmırlar. Ona görə də lap əvvəldən ya məmurlara hansısa federasiyaya rəhbərlik etmək tapşırılırdı, ya da məmurlar gizli şəkildə futbol klublarını maliyyələşdirirdilər. Bu da Azərbaycan futbolunda öz-özünü dolandırmaq, özü-özünü maliyyələşdirmək qabiliyyətinin tamamilə itirilməsinə səbəb oldu. Cəmi iki klub var ki, onların fanat ordusu var - "Neftçi" və "Qarabağ". Fanatlar forma və digər atributları alaraq kluba dəstək olmaq üçün hansısa aksiyalarda iştirak edirlər. "Neftçi"nin sporsoru ölkədə ən böyük şirkət olan SOCAR-dır, "Qarabağ"da isə "Azərsun"dur. "Azərsun" ölkənin ən böyük şirkətlərindən biridir, böyük reklam kampaniyalarına elə də ehtiyacı yoxdur. Digər şirkətlər də ona görə bu sahəyə maraq göstərmirlər. Reklama qoyulan vəsait geri dönüşü təmin olunan vəsaitdir. Məsələn, "Barselona"ya sponsorluq etmək üçün böyük növbələr yaranır. Hətta indidən 2030-cu il üçün növbə tutub, sponsorluq etmək istəyənlər var. Çünki ora yatırılan hər bir dollar sonradan 5 dəfə artıqlaması ilə geri qayıdır. Azərbaycanda isə belə bir konfiqurasiya yoxdur. İqtisadiyyatdan, rəqabətsizlik mühitindən doğan problemlərdən sponsorların futbola marağı yoxdur".
 

İqtisadçı-ekspert Rəşad Həsənov isə mövcud vəziyyəti belə şərh edib: 

"Düzü, mən bununla bağlı araşdırma aparmamışam. Sadəcə bir məsələni deyəcəm. Bizdə sponsor mədəniyyəti formalaşmayıb və şirkətlərin bu kimi proseslərdə, eyni zamanda müxtəlif koorperativ sosial məsuliyyət istiqamətində ortaya qoyduğu mövqe dünya ölkələri ilə müqayisədə çox zəifdir. Amma bu, sırf biznes məqsədli yanaşmadır. Faktiki olaraq ölkədə futbolunun bugünkü səviyyəsi şirkətlərin bu istiqamətdə strategiya formalaşdırması üçün heç bir əsas yaratmır və prosesə təşviq etmir. Çünki faktiki olaraq futbol yox səviyyəsindədir və bu istiqamətdə yatırılan investisiya çox uzun müddətli dövrdə özünü doğrulda bilər. Ki, bu ehtimal özü belə çox aşağıdır. Yəni, risk səviyyəsi çox yüksəkdir və şirkətlər bu prosesdə iştirak etmirlər. Ancaq nə vaxtsa Azərbaycanda futbol inkişaf etsə və şirkətlər orada gəlir ehtimalını hiss etsələr, inanın ki, digərlərinə imkan verməyəcəklər və özləri bu prosesdə çox aktiv şəkildə iştirak edəcəklər. Sadəcə kollekiv oyunlara ümumiyyətlə, ölkədə həm cəmiyyətin özündə, həm də biznes sahəsində güvən çox aşağıdır".
 

Mövzu futboldursa, bu işin peşəkarlarının da fikirlərini öyrənmək mütləqdir. Məsələ ilə bağlı AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da danışıb: 

"Səbəbləri kompleks şəklində açıqlamaq olar. Düşünürəm ki, əvvəla futbola sevgi, vətəninə sevgi olmalıdır və hər biri imkan daxilində tək futbol yox, bir çox sahələrə dəstək üçün tönhə verməlidir. Hətta Vergilər Nazirliyi tərəfindən sahibkarlara bəzi güzəştlər də verilib. Məsələn, idmana dəstək olanlar 10 faiz vergidən azad edilirlər. Ancaq baxırsan ki, ölkədə təkcə futbol yox, digər sahələrdə də sponsor problemi var. Biz hazırda müharibə şəriatində olan dövlətik. Bəlkə də məni düz başa düşməyəcəklər, amma düşünürəm ki, belə məqamda sponsorların ən çox Silahları Qüvvələrə ianə etməsinə ehtiyac var, nəinki digər sahələrə. 

Futbol mövzumuza gəlincə isə sizinlə tamamilə razıyam. Nə qədər də olsa, imkan daxilində hər bir sahibkar idmanı yaddan çıxartmamalıdır. Sağlam həyat tərzi olan hər bir gənc sabah istənilən bir sahədə nailiyyət qazana bilər. 

Deyə bilərsiniz ki, futbolla bağlı geni dövlət proqramı hazırlanmalı idi. Mən də bunu tez-tez müzakirə edirəm. Bir çox ölkələrdə olarkən biz onların təcrübələri ilə maraqlanırdıq ki, bundan istifadə edək. Məsələn, başqa ölkələrdə klublara tək bir nəfər sponsorluq etmir. Mən hələ millidə məşqçi kimi çalışdığım vaxtlarda AFFA tərəfindən təcrübə toplamaq üçün bəzi ölkələrə göndərilirdik. İspaniyada "Barselona", "Real", "Atletiko", Türkiyədə "Fənərbağça", "Qalatasaray", "Beşiktaş" və digər klubların fəaliyyətləri ilə maraqlanmışam. Orada klublara sərmayə qoyan çoxsaylı insanlar var. Bu insanlar arasında seçki keçirilir və pullara nəzarət edən bir nəfər prezident seçilir. O da aparılan işlərlə bağlı hər kəsi xəbərdar edir, fəaliyyət ilə bağlı hesabat verir. Bəs, biz o sistemə nə vaxt keçəcəyik?
 

Çoxları deyir ki, Türkiyədə klubların əksəriyyəti müstəqildir. Ancaq elə deyil. Klub harada fəaliyyət göstərirsə, yəni məşq bazası, stadionu varsa, onun yarı faizi dövlətə məxsusdur. Və bunun qarşılığında dövlət də kluba fəaliyyət göstərməkdə dəstək olub, şərait yaradır. Bundan başqa, bank sistemində güzəştlər var. Klublar az faizlə kredit götürüb və onu vaxtında ödəmək şərtilə bir çox problemlərini həll edə bilirlər. Əslində bunları hamı bilir. Amma bu gün bizim klubların bunları həyata keçirməsi çox çətindir. Çünki bəzi amillər imkan vermir. Ona görə ki, klublarımızın qazancı, kredit götürmək imkanları yoxdur. 

Heç olmasa köməklik, dəstək üçün iş adamlarımız bu işə qoşulub, təkan verməlidirlər. Dövlətin dəstəyi olmaq şərti ilə peşakar klub saxlamaq mümkündür. Məsələn, rayon klubudursa, İcra Hakimiyyəti stadion, baza məsələsində sahibkara dəstək ola bilər".
 

Bildiyiniz kimi, Azərbaycanda bir çox klub bir nəfərdən - yəni sponsoru olan şəxsdən asılı olduğu üçün onun gedişindən sonra dağılıb. Onların arasında bir zamanlar ölkə çempionatında medallar uğrunda mübarizə aparan "Bakı, "Xəzər Lənkəran”, "Karvan”, "MKT-Araz”, "Şəmkir”, "Simurq” və s. klubların adlar var.  

Bir zamanlar ölkə çempionluğunu, kubokunu qazanmış, uşaq futbol akademiyası ilə Azərbaycan futboluna qazandırdığı perspektvli futbolçuları ilə tanınan, sponsor problemi səbəbindən fəaliyyətini dayandıran "Bakı” klubunun keçmiş vitse-prezidenti Yaşar Seyidov hesab edir ki, futbol klubları bir nəfərdən asılı olmamalıdır: 

"Gərək qayıdım keçmişə. Hələ rəhmətlik Ramiz Mirzəyev federasiyaya olmazdan əvvələ... 2003-cü ildə federasiyada dəyişiklik nəzərdə tutulan, hələ FIFA ilə danışıqlar olan vaxt idi. Bizim sponsorlarla bağlı səhvimiz elə ordan başladı. Təşkilat Komitəsinin üzvləri bizə kömək üçün təkliflər paketi hazırlayıb verdilər. Orada qeyd olunmuşdu ki, klublar səhmdar cəmiyyət halında fəaliyyət göstərsinlər. Belə ki, klub bir nəfərin idarəsində olmasın ki, həmin şəxsin maliyyə problemi yarananda klub dağılmasın. Bu proqram, beynəlxalq təcrübəyə əsaslanan, "Böyük beşlik" ölkələrində istifadə olunan proqram idi. Onlar bu proqramı bizə təklif etdilər ki, dövlət proqramı hazırlanarkən bunları da nəzərə alın. Bu proqramda sponsorların klublara cəlb olunması, investisiyanın, güzəştli kreditlərin verilməsi, biznesin inkişaf etdirilməsi dair hər şey diqqətə alınmışdı. 
 
Bu gün Azərbaycanda bir-ikisini çıxmaq şərtilə nəinki sponsor, hətta bir çox komandanın heç özünə aid stadionu, bazası yoxdur. Məsələn, bizim ən köklü klubumuz olan "Neftçi"nin belə özünün balansında stadionu yoxdur. 
 

Sponsor kluba gələndə qazancını düşünür. Üstəlik reklam, bilet, yayım, geyim məsələləri var. Bizdə klubların özlərinin inkişafı ilə bağlı heç bir strategiya yoxdur. Hər şeyi bir sponsorun üzərinə qoya bilmərik. Sponsorlar olmalıdır, amma onların özlərinin də maraqları var. Məsələn, onlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, biznesin inkişaf elətdirilməsi, layihələri ilə bağlı güzəştlər olmalıdır. Sponsorlar kluba baxarkən qazanc da götürməlidirlər. Buna görə də bu gün sponsorlar klublara dəstək olmurlar. 

Sponsor gəldi və 1 milyon pul verib, getdi. Amma bu 1 milyonun qarşılığında hər hansısa bir qazanc götürmək şansı yoxdur. Ona görə də bu gün yeni dövlət proqramının qəbul olunmasına ehtiyac var. Həmin proqramda da klubların sponsor məsələsinə xüsusi önəm verilməlidir. Sponsorlara diqqət göstərilməlidir ki, müəyyən mənada vergidən azad olunsunlar, biznes olsun, idman avadanlıqlarının gətirilməsində gömrükdə müəyyən güzəştlər edilsin, bir sözlə stimulverici məqamlar olmalıdır. Belə şeylər olmadığı təqdirdə Azərbaycan futboluna heç kim yaxın durmayacaq. 

Bu gün Azərbaycan futboluna Dövlət Neft Şirkəti dəstək olur. Demək olar ki, futbola sponsorluq edən yoxdur. Amma bu sahəyə sponsorlar cəlb etməklə, dövlətin yükünü azaltmaq olar. Sahibkarlara futbola sərmayə qoymaq qarşılığında müəyyən güzəştlər vəd etmək olar. Bu gün ən böyük problem futbol yeni dövlət proqramının qəbul olunmaması və dövlətin yükününün azaldılması barədə sahibkarlara veriləcək güzəştlərin olmamasıdır”.
 

İqtisadçı Rəşad Həsənov isə klublara sponsor olacaq şirkətlərə güzəşt olunması fikrini dəstəkləmir:

"Mövcud qanunvericiliklə şirkətlər gəlirlərinin yalnız 10 faizi həcmində ianə, yardım və bu kimi məqsədli koorperativ sosial layihələrə vəsait ayıra bilərlər və bu, vergiyə cəlb olunmur. Amma bizdə problem o qədər çoxdur ki, məncə, futbola vergi güzəştləri indiki şərtlər daxilində tətbiq etmək ictimai qıcıq doğurar. Çünki biznesin yükü həddindən artıq çoxdur və bu istiqamətdə kifayət qədər böyük problemlər var. Eyni zamanda, bizdə dolayı vergilər də çoxdur ki, birbaşa olaraq istehlakçı qiymətlərinə, artmasına, istehlakçının cibindən çıxır. Bu istiqamətdə güzəştləri verməyə sistemdə və yaxud da bunların öncüllüyü olan bir vəziyyətdə futbola dəstək və bu sahənin vergidən azad edilməsi, güzəşt əldə edilməsi nisbətən çətin görünür, indiki halda aktual deyil. Bir məqamı da qeyd edim, bütün istiqamətlərdə diferensial vergi tətbiq etmək olar. Ancaq əksər hallarda şirkətlər bu vəziyyəti müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn, deyək ki, hər hansı komandanın maliyyələşməsi üçün yüz min manat vəsait ayıracaqlar, ancaq üç milyon göstərəcəklər. Bu, mütləq belə olacaq, əksini iddia etmək mümkün deyil. Yəni, komandaya yüz min pul gedəcək, ancaq üç milyon vergidən yayındırılacaq. Güzəştləri vergidənyayınma, gizli iqtisadiyyatın inkişafı istiqamətində alətə çevirəcəklər. Buna görə də mən indiki halda bu fikri dəstəkləmirəm".
 

Vaxtilə yuxarıda adları qeyd olunan klubların hər biri haqqında obyektiv yazıları ilə oxuyucuların rəğbətini qazanan tanınmış idman jurnalisti, "Komanda.az” saytının baş redaktoru Rəşad Ergünün də məsələyə münasibətini öyrəndik:

"Gəlin belə danışaq da... Bir vaxtlar Azərbayanda futbol klublarına sponsorluq etmiş şəxslər indi hardadır? Bəziləri müflis olub, bəziləri həbsxanada. "Xəzər Lənkəran"a yüz milyonlarla pul xərcləmiş Mübariz Mənsimov indi hardadır? Həsbdə. Keçmiş "İnter"in sahibi Cahangir Hacıyev? O da həbsdə. "Simurq"un keçmiş prezidenti Anar Bəkirov? Həbsdə. "Bakı"nın sabiq prezidenti Hafiz Məmmədov? Həbsdən zorla qurtuldu, müflisləşdi. Bunlar son illərdə Azərbayanda az-çox müstəqil olan, AFFA-nın əlinə baxmayan klublar idi. Hamısı da dağıldı, dağıdıldı. Biz nədən danışırıq e... Bir halda ki, yerli telekanallar Premyer Liqa klublarının oyunlarını canlı yayımlamaq üçün pul ödəmir, əksinə, bəziləri hətta yayıma görə pul tələb edir, hansı sponsor cibinin pulunu boş stadionlara tökər?”



Xəbərin oxunma sayı : 3187




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap