Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan ilbiz ixracına başlayıb

Tarix 15.05.17, 21:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlıların ziyanverici həşərat hesab etdiyi, üzərinə duz tökərək məhv etdikləri ilbizi avropalılar ən qiymətli delikates kimi menyularında istifadə edirlər.

Fransada kübar cəmiyyət nümayəndələrinin ziyafətlərində ilbiz ekzotika sayılır. Bu yemək daha çox varlı insanların süfrələrində yer alır. Səbəb isə onun həddindən artıq bahalı olmasıdır.

“Marja” xəbər verir ki, bu ilin Yanvar ayında Azərbaycanda “AZDELİKATES-ALFA” MMC adlı şirkət yaradılıb.

“Marja”nın əldə etdyi məlumata görə, ixraca yarıyan ilbizlər kəndlilər tərəfindən yığılır və şirkətə təhvil verilir. Xususi emal prosesindən keçirildikdən sonra ilbizlər ixrac edilir.

İlbizin biri kəndlilərdən 50 qəpiyə alınır. “AZDELİKATES-ALFA” MMC isə ilbizin kiloqramını Yunanıstana 100 avroya satır.

18.01.2017-ci il tarixində yaradılmış “AZDELİKATES-ALFA” MMC-nin qanuni təmsilçisi Məmmədəmin Hacızadə Orucəli oğludur.

Qeyd edək ki, Türkiyə çoxdandır Avropaya ilbiz ixrac edir. Fabrikdə qabığından ayrılan ilbizlər dondurularaq 90%-i Fransaya olmaqla, Rumıniya, Bolqarıstan, Çexiya, Makedoniya kimi Avropa ölkələrinə göndərilir. Yüksək zülal və aşağı yağ nisbətilə bir qida olan ilbiz bu ölkələrdə intensiv istehlak edilir.



Xəbərin oxunma sayı : 586




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap