Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan müğənnilərinin fantastik toy qiymətləri (SİYAHI)

Tarix 14.03.18, 20:03

Font ölçüsü : - / +
bitmap-img6


Gecədən sübhə kimi əlləşib-vuruşan şou əhlinin qazanc mənbəyi heç kəsə sirr deyil ki, el şənlikləridir. Həftə səkkiz, mən doqquz toy və el şənliklərində "qaz vurub qazan dolduran" müğənnilər bu yolla əməlli-başlı özlərinə biznes qurub. 

Müğənnilərin toy qiymətləri isə hər zaman ən aktual mövzulardan biri olub. Azərbaycan valyutasının dollara nisbətdə ucuzlaşması bütün sahələrə təsir etdiyi kimi toy biznesindən də yan ötüşməyib. Beləki, ulduzların toy qiymətlərində müəyyən dəyişikliklər, hətta artımlar müşahidə edilməkdədir. Müğənnilər arasında elə ifaçılar da var ki, onları toyunuza dəvət etmək üçün bir ətək pul xərcləməlisiz. Çünki onların toy qiymətləri kəllə-çarxa qalxıb.

Qaynarinfo xəbər verir ki, baku.ws bu dəfə şou-biznesin ən parlaq ulduzlarının son toy qiymətlərini bir xeyli araşdırıb və sizi təəcübləndirəcək məlumatlar əldə edib. 

İndi təqdim edəcəyimizi bu qiymətlər el şənliyində çıxış edən müğənnilərin şərtlərinə görə dəyişir. Məsələn, yarım saatlıq çıxış üçün qiymət, bütöv toy qiymətindən ən azı 3-5 dəfə az olur. Yarım saatlıq razılaşmaya əsasən 4-5 mahnı daxildir. Amma toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambıl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir.

Təqdim etdiyimiz qiymətlər nisbi götürülüb. Çünki bu rəqəmlər toy sahibi ilə danışıqlardan sonra aşağı və ya yuxarı dəyişə bilər.

Müğənnilərin yarım saatlıq və limitsiz (bütün toy) toy qiymətlərini təqdim edirik:

Hazırda ən yüksək məbləğə bütöv toyu idarə etmək üçün Nuri Sərinləndirici Azərbaycanda 15.000 manat, Rusiyada isə nə az nə çox düz 20.000 dollar alır.

15.000 manat

Xalq artisti Faiq Ağayev
Xalq artisti Brilliant Dadaşova
Əməkdar artist Abbas Bağırov 
Elton Hüseynəliyev 
Rast qrupu 

12.000 manat

Əməkdar artist Eyyub Yaqubov 

Çingiz Mustafayev bütöv toyu 12.000 manata idarə edir. Lakin yarım saata Çingizi el şənliyinizdə görmək istiyirsizsə o zaman 5000 manatınızdan keçməli olacaqsız.

10.000 manat

Manaf Ağayev
Xatirə İslam
Vasif Məhərrəmli
Xəyyam Nissanov
Ayaz Qasımov 

Yarım saatlıq

Miri Yusif - 6000 manat
Əməkdar artisti Röya Ayxan - 6000 manat 
Xalq artisti Aygün Kazımova - 5000 manat
Damla - 5000 manat 
Əməkdar artist Manana Çaparidze - 3000 manat

Üzeyir Mehdizadə Rusiyada yarım saatlıq çıxışı üçün 10.000 manat istəyir. Məşhur bütöv toyu aparmasa da, yarım saatlıq məhz bu qiymətə onu xoş gününüzə dəvət edə bilərsiz. 

Bir maraqlı məqamı da nəzərinizə çatdırmaq istəyirik. 

Digər məlumata görə, "Papito" mahnısı ilə bütün dünyada məşhurlaşan xarici ulduz Sia Azərbaycan toylarına nə az nə çox düz 15.000 manata təşrif buyurur. 



Xəbərin oxunma sayı : 664




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap