Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Azərbaycan maksimum ədalətli olmağa çalışır - Prezident İlham Əliyev

Tarix 29.12.24, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Dekabr ayının 25-də dünyanın bütün ölkələrində Yeni il şənliklərinə hazırlıqların getdiyi bir vaxtda xalqımızı sarsıdan bir hadisə baş verdi. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
      
Ölkə başçısı İlham Əliyev təyyarə ilə Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan zaman qəza barədə məlumat alan kimi dərhal Bakıya qayıtmaq barədə qərar qəbul edib və Bakıda hava limanında operativ müşavirə keçirib. Hələ yolda olarkən Prezidentin göstərişinə əsasən Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilib. Dövlət Komissiyasənın üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.
      
Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda matəm elan edilib. Həmin gün ölkədəki bütün məscidlərdə və digər dini ibadət yerlərində qəza qurbanlarının xatirəsi yad edilib, dini məqasimlər keçirilib.
      
Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər.
      
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva   qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
      
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib: Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir".
      
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.
      
Qeyd edildi ki, qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik olması mühərrikə quş düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. "Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir".
      
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
      
Dövlətimizin başçısı bildirib: "Yenə də deyirəm, "qara qutu"lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək".

Səbinə İsmayılova



Xəbərin oxunma sayı : 820




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap