Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib – Qərar bu gündən qüvvəyə minib

Tarix 15.03.19, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minib

“İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşmışdır. Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir”, – deyə AMB-nin məlumatında deyilir.

AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarının açıqlaması 2019-ci il aprelin 26-da ictimaiyyətə təqdim ediləcək.



Xəbərin oxunma sayı : 568




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap