Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan millisi bu gün neçə medal qazandı? – SİYAHI

Tarix 17.05.17, 3:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 5-ci gününü 13 medalla başa vurub.

İdmançılarımız bu gün 8 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə edib.

Təmsilçilərimiz üzgüçülük, atletika, paraatletika, güllə atıcılığı və taekvondo yarışlarında mükafatçılar sırasına düşə bilib.

Maksim Şemberev (üzgüçülük, 200 m batterflyay və 800 m sərbəst üsulla) gün ərzində iki dəfə Azərbaycanın himnini səsləndirib. Onunla yanaşı, Samir Nəbiyev (paraatletika, nüvəitələmə), Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Anna Skidan (atletika, diskatma), Oloxan Musayev (paraatletika, nüvəitələmə), Yelena Çebanu (paraatletika, 100 m) və Yaprak Eriş (taekvondo, 57 kq) çempionluq sevinci yaşayıb.

Qaşım Maqomedov (taekvondo, 54 kq) isə millimizə gümüş medal qazandırmağı bacarıb.

Bürünc medala Nigar Nəsirova (güllə atıcılığı, pnevmatik tapança, 10 m), Yekaterina Sarıyeva (atletika, üçtəkanla tullanma), Rövşən Fətullayev (ağır atletika, 94 kq), həmçinin üzgüçülük yığması (sərbəst üsul, 4×100 m; Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva,Fatimə Əlkərimova) yiyələnib.

Bununla, yığmamızın İslamiadadakı ümumi qazancı 81 medala çatıb. 41 qızıl, 24 gümüş və 16 bürünc medalı olan Azərbaycan millisi komanda hesabında 2-ci pillədə qalıb. Türkiyə millisi isə zirvədəki mövqeyini qoruya bilib.

Ümumilikdə isə indiyədək 130 medal dəsti sahibini tapıb. 28 ölkə mükafat, 18 çempionluq sevinci yaşayıb. 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

43

40

32

115

2

Azərbaycan

41

24

16

81

3

İran

10

12

15

37

4

Özbəkistan

7

9

18

34

5

İndoneziya

6

18

18

42

6

Əlcəzair

4

9

12

25

7

Misir

4

3

5

12

8

İordaniya

3

0

2

5

9

İraq

2

1

1

4

10

Səudiyyə Ərəbistanı

2

0

4

6

11

Türkmənistan

1

3

2

6

12

Mərakeş

1

2

4

7

13

Qətər

1

1

4

6

14

Banqladeş

1

1

0

2

15

Tunis

1

0

6

7

16

Qırğızıstan

1

0

3

4

17

Seneqal

1

0

1

2

18

Qambiya

1

0

0

1

19

Pakistan

0

2

3

5

20-21

Oman

0

1

3

4

 

Suriya Ərəb Respublikası

0

1

3

4

22

Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

23

Kamerun

0

1

1

2

24

Bəhreyn

0

1

0

1

25

Qazaxıstan

0

0

2

2

26-28

Fil Dişi Sahili

0

0

1

1

 

Cibuti

0

0

1

1

 

Livan

0

0

1

1

 

Cəmi








Xəbərin oxunma sayı : 121




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap