Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan millisi cüdo üzrə Avropa kubokunda birinci oldu

Tarix 20.02.17, 4:06

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

"Report" xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb.

73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.

Bununla da, 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanaraq Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub.



Xəbərin oxunma sayı : 79




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap