Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan millisi Latviya yığması üzərində qələbə qazanıb – VİDEO

Tarix 10.06.18, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası ərəfəsində son yoldaşlıq görüşünü keçirib.

“Report”un məlumatına görə, Riqadakı “Dauqava” stadionunda keçirilmiş qarşılaşmada rəqib Latviya yığması olub.

Görüş Qurban Qurbanovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb – 3:1. Hesabı 20-ci dəqiqədə cərimə zərbəsindən sonra Maksim Medvedev açıb. 57-ci dəqiqədə Ramil Şeydayev latviyalı qapıçıdan topu alaraq, Cavid İmamverdiyevə ötürüb. İmamverdiyev isə boş qapıya uzaqdan dəqiq zərbə endirib. 63-cü dəqiqədə isə uzaqdan zərbə ilə Emin Mahmudov 3-cü qolu vurub. Meydan sahibləri yalnız uzatma dəqiqələrində təkbətəkdən təsəlli qolu vurublar.

Beləliklə, Azərbaycan yığması Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununda ilk səfər qələbəsinə imza atıb. Əvvəlki 5 görüşündə evdə Qırğızıstana qalib gələn (3:0) milli komanda Antalyada Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə etmiş, evdə Belarus (0:1), səfərdə Qazaxıstana (0:3) uduzmuşdu.

Digər tərəfdən, Latviya üzərində tarixdə ilk qələbə əldə olunub. Bu komandalar daha əvvəl 2004-cü ildə Riqada qarşılaşıblar. Həmin görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Latviya yığması ilə 1997-ci ildə və 2002-ci ildə səfər oyunlarında da qalib müəyyənləşməyib – 0:0.

Qurban Qurbanovun rəqib həmkarı Miksu Paatelaynenin Latviya yığmasısının sükanı arxasında üçüncü yoxlama görüşünə çıxıb. Bu komanda daha öncə yoldaşlıq görüşü çərçivəsində keçirilən Baltika Kubokunun qalibi olub. Komanda evdə Estoniya yığmasını 1:0 hesabı ilə üstələyib. Səfərdə isə Litva kollektivi ilə heç-heçə edib – 1:1.

Yoldaşlıq görüşü

9 iyun

19:00. Latviya – Azərbaycan – 1:3

Qollar: Robert Uldrik, 90+3 – Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 57. Emin Mahmudov, 63

Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (hamısı Belarus), Aleksandr Anufriyev (Latviya)

Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra, 16. Aleksandr Fertov, 6. Vladislav Qabov, 14. Davis İkaunyek, 11. Artur Karaşauskas, 2. Vitali Maksimenko, 7. Ritvar Ruqin, 10. Valeri Şabala, 18. İqor Tarasov, 8. Kristian Torres

Ehtiyat oyunçular: 12. Kasper İksten 4. Qrints Freymanis 21. Qleb Klyuşkin 17. Roberts Savalnikes 15. Dmitri Hmiz 5. Rayvis Andris Yurkovski 19. Vitali Yaqodinski 22. Vitali Reçicki 9. Aleksey Vaşnakov 13. Vladimir Kames 3. Robert Uldriki

Baş məşqçi: Miksu Paatelaynen

Azərbaycan: 1. Kamran Ağayev (k.) – 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 5. Maksim Medvedev, 26. Ürfan Abbasov- 8. Emin Mahmudov, 2. Qara Qarayev, 25. Cavid İmamverdiyev- 9. Namik Ələskərov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Anar Nəzirov 23. Səlahət Ağayev 6. Bədavi Hüseynov 10. Ruslan Qurbanov 13. Dmitri Nazarov 16. Cavid Hüseynov 17. Rəhman Hacıyev 18. Coşqun Diniyev 21. Təmkin Xəlilzadə 22. Mahir Mədətov 28. Ufuq Budaq 30. Rahil Məmmədov

Baş məşqçi: Qurban Qurbanov

Riqa. “Dauqava” stadionu

Beləliklə, Azərbaycan yığmasının təlim-məşq toplanışından 2 qələbə, 1 məğlubiyyətlə ayrılıb. Əvvəlki görüşlərində Bakıda Qırğızıstana 3:0 hesabı ilə qalib gələn milli komanda Qazaxıstana uduzub – 0:3.






Xəbərin oxunma sayı : 502




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap