“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

Azərbaycan millisindən möhtəşəm oyun - Bakıda İsveç yığmasını darmadağın etdi

Tarix 16.11.23, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan yığması İsveçi darmadağınla yola saldı

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

AzFakt.com xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi yığma Bakıda İsveç yığmasını qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü İsveçrədən olan qadın hakimlər idarə ediblər.

Xatırladaq ki, yığmamız bu rəqibinə qarşı səfərdə keçirdiyi oyunda 0:5 hesabıyla məğlub olmuşdu. Azərbaycan yığması F qrupunda  5 komanda arasında 4 xalla 4-cü sırada qərarlaşmışdı. İsveç isə 7 xalla 3-cü idi. Amma bu görüşdə Azərbaycan yığması möhtəşəm qələbə qazanmaqla İsveçlə xallarını bərabərləşdirib.

Bu gün yığmamızın qrupunda həmçinin, Estoniya – Avstriya oyunu da baş tutacaq.

AÇ-2024
Seçmə mərhələ

16 noyabr

Azərbaycan - İsveç 3:0
Qollar: Emin Mahmudov, 3; 89. Renat Dadaşov, 6.
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57.
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 4. Filip Helander, 9. Yens Kayuste, 10. Emil Forsberq, 13. Ken Sema, 14. Linus Valkfist, 17. Viktor Qyökeres, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Baş məşqçi: Yanne Andersson.



Xəbərin oxunma sayı : 1342




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap