Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan millisinin braziliyalıları

Tarix 23.03.17, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unuldulmur!

Milliləşmə məsələsi zaman-zaman futbolun aktual mövzularından olub. Bunun nə demək olduğunu geniş izah etməyə ehtiyac  yoxdur. Adından da göründüyü kimi, milliləşdirmə başqa millətin, başqa dövlətin nümayəndəsinə öz ölkənin pasportunu verib onu özündən biri etməkdi. Hansısa aspektdə yaxşı sayılır, hansısa aspektdə pis. Məsələn, idmanda bir o qədər də yaxşı qarşılanmır. Çünki kənardan kiminsə gəlib sənin milli komandanda forma geyinməsi həmişə həzm olunmur.  Təəssüf ki, bizim futbolda da kifayət qədər milliləşdirilmiş şəxslər olub. Onların arasında tək-tük futbolçu olub ki, milli komandaya xeyir verə bilib. Böyük əksəriyyəti  yerli futbolçulardan ciddi şəkildə heç nə ilə fərqlənməyiblər və sonradan milliyə də çağırılmayıblar.  Ümumiyyətlə, Azərbaycanın futbol millisində milliləşdirmənin əsası elə milli komanda ilk formalaşdığı vaxtlarda qoyulub.  Çox maraqlıdır ki, həmin dönəmdə də milliyə çağırılanlar dağıstanlılar idi. 1993-94-cü illərdə əsası qoyulan bu ənənə sonralar da “inkişaf etməyə” başladı.  Şahin Diniyevin dövründə isə milliləşdirilmənin coğrafiyası genişlədi. Yəni artıq tək Rusiyadan yox, digər ölkələrdən də legionerlər Azərbaycan millisinə cəlb olunmağa başladı. Son illər Türkiyədən, Ukraynadan, Dağıstandan cəlb olunan futbolçular üstünlük təşkil edir.  Həmin tendensiya günü bu gün də davam edir. Elə son olaraq Almeydanın milliləşdirilməsi də bu tendensiyanın tərkib hissəsidir. Almeydadan söz düşmüşkən, budəfəki yazımızda Azərbaycan millisində forma geyinən braziliyalılardan danışacağıq.  Çünki bu məsələdə Almeyda tək deyil. Hələ 10 il bundan qabaq onun həmyerliləri Azərbaycan  millisinə cəlb ollunub, milli formada oyunlara çıxıblar. Maraqlıdır ki, haqqında söz açacağımız braziliyalılar dağıstanlılardan,  türklərdən fərqli olaraq, daxili çempionatda özlərini yaxşı tərəfdən göstərib milliyə dəvət alıblar. Beləliklə:

Leandro Qomeş – Azərbaycan millisinin milliləşdirilmiş ilk braziliyalısı Leandro Qomeş olub.  Tam adı Leandro Melino Qomeş olan Leandro Qomeş 1976-cı il avqustun 24-də Braziliyanın Rio de Janyero ştatının Kazimiru di Abreu şəhərində anadan olub. Futbolda peşəkar karyerasına  15 yaşında  “Jonivil” klubunda başlayıb. Lakin rəsmi oyunlarda bu klubun formasında meydançaya çıxmayıb. 2002-ci ildə Avropaya gəlib və Portuqaliyanın “Naval” klubu ilə müqavilə bağlayıb. Lakin “köhnə qitə”də çox qalmayıb. Portuqaliya çempionatında 9 oyunda forma geyinən Qomeş yenidən vətəninə qayıdıb.  Lakin Avropada qazandığı qısa təcrübə onun sonrakı karyerasında  böyük rol oynayır. Braziliyada öncə “Goytacaz”la müqavilə bağlayan hücumçu 2004-cü ildə “Americano”ya keçir. Burada uğurlu mövsüm keçirir və 17 qol vurur.  2004-cü ildə isə yenidən Avropaya qayıdır və bu dəfəki dayanacağı Azərbaycan olur. Həmin il Azərbaycan futboluna milyonların axmağa başladığı il kimi yadda qalır. Hafiz Məmmədov “Dinamo”nu götürərək adını dəyişdi və “Bakı” qoydu. Ardınca kluba bir çox ölkələrdən güclü legionerlər cəlb olunmağa başladı ki, onlardan biri də Qomeş idi. Braziliyalı “zolaqlılar”ın ilk legionerlərindən olub. “Bakı”nın heyətində ilk oyunu isə 2004-cü ilin iyununda Sumqayıtda yerli “Gənclərbirliyi” ilə keçirilən yoldaşlıq oyunu olub. 0:0 başa çatan həmin matçda Leo özünü səviyyəli legioner kimi göstərə bilib. 2004-08-ci illərdə “Bakı”da forma geyinən bu futbolçu ümumilikdə 86 oyunda meydançaya çıxıb və 29 qola imza atıb. Sonralar 2008-09-c il mövsümündə “Olimpik”də (24 oyun, 10 qol) və 2009-cu ildə “Karvan”da da (19 oyun, 3 qol) forma geyinib. Amma təbii ki, karyerasının ən parlaq dönəmi məhz “Bakı”nın heyətində olub. Elə Azərbaycan millisinə də məhz bu klubdan dəvət alıb. 2006-cı ildə Şahin Diniyevin millidə baş məşqçi olduğu dönəmdə belə qərara alındı ki, beynəlxalq oyunlarda uğurlu nəticə qazanmaq üçün legionerlərin də xidmətindən istifadə olunsun. Lakin o vaxtkı AFFA rəhbərliyi indiki AFFA rəhbərliyindən fərqli yol tutdu. Legionerlər ölkə xaricindən, Türkiyədən, Dağıstandan yox, elə Azərbacan çempionatından seçildi. Öz klublarında yaxşı oyun göstərən və səviyyələri ilə seçilənlər Azərbaycan millisinə dəvət olundu. Onlardan biri də Qomeş oldu və o, milliləşdirilən ilk braziliyalı kimi tarixə düşdü. 2006-09-cu illərdə Azərbaycan millisində oynayan sabiq “Bakı”lı 18 oyunda meydançaya çıxsa da bir dəfə də olsun qol vura bilmədi. 2009-cu ildə isə “Karvan”dan ayrılaraq vətəninə döndü və bir daha milliyə çağırılmadı. 

Leandro Qomeş 



Andre Ladaqa – Qomeşlə eyni ildə milliləşdirilərək Azərbaycan millisinə dəvət olunan futbolçulardan biri də Andre Ladaqa olub. Tam adı Andre Luiz Ladaqa olan Andre Ladaqa 1975-ci il fevralın 19-da Braziliyanın Rio de Janyero şəhərində anadan olub. Ampluası müdafiəçi olan bu futbolçunun boyu 177 sm-di. İlk peşəkar klubu 1994-cü ildə “İtaperuna” olub. 1995-ci ildə “Vasko da Gama”, 1996-cı ildə isə “İnternasional”da forma geyinib. Amma parlamağa başladığı klub “Fluminese” olub. 1997-00-ci illərdə bu klubda oynayıb və özünü yaxşı tərəfdən göstərib. Daha sonra “Maduera”, “Olario” və “America” kimi klublarda oynadıqdan sonra 2004-cü ildə Azərbaycana gəlib. Braziliyaya futbolçu seçməyə gedən “Bakı” rəsmləri Qomeşlə bərabər Ladaqanı da bəyənib onu ölkəmizə dəvət ediblər. Ladaqanın da karyerasının ən parlaq illəri Azərbaycanda olub. 2004-08-ci illərdə “Bakı” formasında 80 dəfə meydançaya çıxan Ladaqa 6 qolun da müəllifi olub. “Bakı”dan sonra 2009-cu ildə “Karvan”da qısa sürən karyerası olub. Cəmi 2 oyun forma geyinib və intizamsızlığı görə komandadan qovulub. Ardınca isə vətəninə qayıdıb. Milliyə isə o da Qomeş kimi 2006-cı ildə dəvət alıb. Millimizdəki debütü 2006-cı il sentyabrın 2-də Avro-2008-in seçmə qrup oyunu çərçivəsində Serbiya millisinə qarşı matç olub. Səfərdə keçirilən  oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Ladaqa 4 gün sonra Bakıda Qazaxıstan millisinə qarşı keçirilən  oyunda isə qolla yadda qalıb. Milliləşdirilmiş legioner ilk hissədə cərimə zərbəsindən gözəl qol vuraraq oyunda hesabı açıb. Təəssüf ki, millimiz qələbə hesabını qoruya bilməyib və ilk hissənin sonlarında qapısından qol buraxıb. Oyun isə 1:1 hesabı ilə başa çatıb. Bu qol həm də Ladaqanın millimizin heyətində yeganə qolu olub. Ümumilikdə isə, 2006-08-ci illərdə Azərbaycan yığmasınən heyətində 11 oyun keçirib. 2009-cu ildən milliyə çağırılmayan Ladaqa 2010-cu ilin yanvarında ölkəsinə qayıdıb.

Andre Ladaqa



Ernani Pereyra – Qomeş və Ladaqadan sonra milliləşdirilmiş növbəti braziliyalı. Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın Minas Jerays şttaının Belu-Orizonti  şəhərində anadan olub. İlk peşəkar klubu 1998-ci ildə “Villa Nova” olub. 2000-də məşhur “Kruzeyro”ya keçir. Lakin burada möhkəmlənə bilməyərək “Quarani”yə transfer olunur. “Quarani” də əslində Braziliyanın tanınmiş klublarından sayılır. Belə ki, vaxtilə bu klubda Kareka, Kalminya, Sonni Andersson, Aylton, Elano kimi futbolçular oynayıb. Lakin Pereyra ora transfer olunanda bu klub B divizionunda mübarizə aparırdı. Pereyranın Avropaya gəlişi 2003-cü ildə oldu. O, Türkiyənin “Konyaspor” klubu ilə müqavilə bağlayır.  Burada aparıcı futbolçuya çevirilir, 21 oyuna 1 qol vurur.  Onu da qeyd edək ki, həmin il “Konyaspor” Superliqaya yeni vəsiqə qazanmışdı və heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirmişdi. 2005-ci ildə isə Azərbaycana gəlir. Həmin ilin yayında «Karvan»ın baş məşqçisi təyin olunan türkiyəli məşqçi Fuad Yaman braziliyalı müdafiəçini də özü ilə Yevlax klubuna gətirdi. Türk mütəxəssis Azərbaycan birinciliyindəki uğursuz startdan sonra vəzifəsindən getsə də, Ernani komandada möhkəmlənib klubun əvəzedilməz futbolçularından birinə çevirilir. 4 mövsümə “Karvan”ın heyətində 79 matçda meydançaya çıxır və 1 qola imza atır. Qomeş və Ladaqa kimi o da Azərbaycan millisinə 2006-cı ildə dəvət olunur. Həmin vaxt Şahin Diniyev millinin müdafiəsindəki sol cinah problemini braziliyalının hesabına həll etməyi düşünür. 2006-09-cu illərdə millinin formasını geyinən Ernani 12 oyunda meydançaya çıxır. 2009-cu ildə “Karvan”dan ayrılaraq yenidən Türkiyəyə qayıdır və “Mersin İdmanyurdu” ilə müqavilə bağlayır. Bununla onun da Azərbaycan millisindəki karyerası başa çatır.

Ernani Pereyra 



Fabio Luis Ramim – Ramim 1981-ci il aprelin 10-da San Paulo şəhərində anadan olub.  2004-cü ilə kimi daha çox aşağı liqa komandalarında oynayıb. 2004-cü ildə nisbətən tanınan “Atletiko Linense” klubuna keçir. Burada bir mövsüm oynadıqdan sonra Azərbaycana gəlir. 2005-ci ildə yeni yaranan və iddialı olan İmişlinin “MKT Araz” klubu onu heyətinə qatır. İlk mövsümdəcə Aran təmsilçisinin aparıcı futbolçusuna çevirilən hücumameylli yarımmüdafiəçi 23 oyuna 5 qol vurur. 2006-cı ildə isə paytaxtın “Olimpik” klubu onu öz heyətinə qatır. Burada oynadığı iki mövsümdə də aparıcı futbolçu statusunu saxlayan Ramim 35 oyuna 6 qol vurur.  2008-ci ildə isə daha iddialı daha imkanlı “Bakı” onu transfer edir. Əvvəlki klublarla müqayisədə “zolaqlılar”ın heyətində daha çox mövsüm keçirir. 2008-12-ci illər aralığında “zolaqlılar”ın şərəfini qoruyan braziliyalı 72 oyunda meydançaya çıxır və 12 qola imza atır. Azərbaycan millisinə də məhz “Bakı”dan dəvət olunur. Həmin vaxt artıq milliyə alman Berti Foqts baş məşqçi təyin olunmuşdu. Ramimin millidəki debütü 2008-ci ilin 6 iyununda səfərdə Andorraya qarşı keçirilən yoldaşlıq görüşünə təsadüf edir. Millimizin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda qollardan birini də məhz Ramim vurur. Ümumilikdə 2008-11-ci illərdə Azərbaycan millisinin heyətində 16 oyun keçirən braziliyalı 4 qola imza atır. “Bakı”dan getdikdən sonra bir daha milli komandaya da dəvət almır.

Fabio Luis Ramim



Riçard Almeyda – Tam adı Richard Almeida de Oliveira olan Riçard Almeyda 1989-cu il martın 20-də San Paulo şəhərində anadan olub. İlk peşəkar klubu “Santu-Andre” olub. Bu komanda B seriyasında oynasa da Almeyda orda möhkəmlənə bilmir və 2010-cu ildə Portuqaliya ikinci liqası komandası olan “Jil Visente”yə transfer olur. Avropaya gəlişi onun üçün düşərli olur. İki mövsüm bu klubun heyətində oynayan “Riçi” 57 oyunda meydançaya çıxır və 6 qola imza atır. 2012-ci ildə Azərbaycan karyerası başlayır. “Qarabağ” onu heyətinə qatır. Ağdam klubunun heyətində parlaq karyera keçirən braziliyalı dayaq yarımmüdafiəçisi 100-dən çox oyun keçirib və 31 qola imza atıb. Bu il Azərbayacan gəlişinin 5 ili tamam olduğu üçün Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan millisində oynamaq şansı yaranıb. AFFA futbolçuya bu təklifi göndərib və tərəflər arasında razılıq əldə olunub. Hazırda “Riçi”nin Azərbaycan millisində oynaması üçün FİFA-ya lazımı sənədlərin göndərilməsi yönündə işlər gedir.Düzdür, futbolçu bu yaxınlarda Qətərlə keçirilən yoxlama görüşündə düşərgəyə cəlb olunur. Lakin iki məşq etsə də səfərə aparılmır. Növbəti dəfə dəvət alsa yayda millimizdə debüt edə bilər. Bu, baş tutarsa Almeyda Azərbaycan millisində forma geyinən beşinci braziliyalı olacaq.

Riçard Almeyda



Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir




Xəbərin oxunma sayı : 115




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap