![]() |
|














Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb – Qənaət rejiminə keçmək tapşırılıb
Tarix 21.10.19, 15:36 |
|
8272.jpg)
Avqustun ikinci ongünlüyündən etibarən Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb.
APA-nın xəbərinə görə, Ucar, Zərdab, Göyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb. Kanalda suyun azalmasına görə ötən ayın ikinci ongünlüyündən etibarən həmin rayonların ərazisindəki arxlarda suyun səviyyəsi enib, bəzi yerlərdə isə tamamilə kəsilib.
Sakinlər deyir ki, problemə görə suyu 15-20 manat ödəməklə şəxsi su maşınlarından alırlar. Bu su isə 5-6 günə çatır. Onlar heç olmasa gün ərzində bir neçə dəfə su maşınları ilə aztəminatlı ailələrə suyun daşınmasını istəyirlər.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı APA-ya açıqlamasında bildirib ki, “Azərsu”nun Ucarın Qazyan kəndində modul tipli sutəmizləyici qurğusu var, amma Şirvan kanalında su az olduğuna görə bu qurğu işləmir. O əlavə edib ki, qurğunun işləməməsinə görə həmin kənddə əhali içməli su ilə təmin edilə bilmir: “Qazyan kəndində içməli su problemi oktyabrın ikinci ongünlüyündən başlayıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik ki, kanala su verilsin. Kanalda su olan kimi qurğunun fəaliyyətini bərpa edəcəyik. Qurğu əsasən Ucar rayonunun içməli su təminatını həyata keçirir”.
A. Cəbrayıllı qeyd edib ki, Şirvan kollektorundan qidalanan qurğularda da problem ola bilər: “Kollektorda hələ su var və mümkün olan yerlərdə işləyir”.
“Kanalda su olmadığı halda “Azərsu” əhalinin su tələbatının ödənməsi üçün hansı addımları atır” sualına cavab olaraq A.Cəbrayıllı bildirib ki, həmin ərazilər şoran olduğuna görə subartezian quyusu qazmaq mümkün deyil: “Belə olan halda da əhali fərdi qaydada maşınlarla su gətirdərək tələbatını ödəyir”.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə APA-ya açıqlamasında deyib ki, su azlığı Yuxarı Şirvan kanalı ilə bağlıdır: “Səbəb Kür çayında suyun azalmasıdır. Bu da təbii prosesdir”.
O qeyd edib ki, su idarələrinə qənaət rejiminə keçmək tapşırılıb: “Bir var kanalda su ola, biz verməyək, bir də quraqlıq keçir deyə, su az olur və belə problem yaşanır. Azərbaycana suyun çox hissəsi kənardan gəlir. Türkiyə, Gürcüstanda qarlı, yağıntılı hava olmalıdır ki, Kür çayı bolsulu olsun, biz də kanalları su ilə təmin edə bilək. Bu, o demək deyil ki, rayonlarda ümumiyyətlə su yoxdur. Su var, sadəcə idarələrimizə qənaət rejiminə keçməklə bağlı tapşırıq vermişik ki, hamıya su çatsın. Mingəçevir Su Anbarında su müəyyən səviyyədə olmalıdır ki, kanallar oradan kifayət qədər su götürə və əhalini su ilə təmin edə bilsin”.
D. Şərifov bildirib ki, müəyyən subartezian quyuları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtiyarındadır. Ondan həm içməli su kimi, həm də həyətyanı və əkin sahələrinin suvarılması üçün istifadə olunur: “Çalışırıq ki, Yuxarı Şirvan kanalının təmin etdiyi 11 rayon suvarma suyu ilə təmin olunsun. Dənli bitkilərin əkin prosesi başlayıb və suvarılmasında problem olmasın deyə, idarələrə də tapşırmışıq ki, qənaət rejiminə keçirilsin, sudan səmərəli istifadə olunsun, israfa yol verilməsin ki, əhali suvarma suyundan istifadə edə bilsin. Bu il nisbətən quraqlıq olub, ona görə su qıtlığı yaranıb”.
O bildirib ki, suvarma suyu ilə bağlı problem olduğu halda, əkin sahələrinə su növbəlilik prinsipi əsasında verilir: “Bəzən növbəlilik prinsipində də problem yaranır. Kimsə daha irəli düşmək istəyir. İdarələrimiz çalışır ki, nisbilik gözlənilsin. Kimə vacibdirsə, onun əkin sahəsinin suvarılması üçün köməklik göstərilir”.
D. Şərifov, həmçinin, problemin həlli ilə bağlı subartezian quyularının qazılması məsələsinə də münasibət bildirib: “Ölkə Prezidentinin göstərişinə əsasən, bölgələrdə sədr tərəfindən səyyar qəbul keçirilir. Qəbulda insanlar problemlərini deyirlər. Bölgələrin əksəriyyəti subartezian quyusu tələb edir. Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Problemlər nəzərə alınır. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına hansı yerlərdə subartezian quyusunun qazılmasına ehtiyac olması barədə təqdimat yazırıq. Prezident hər il subartezian quyularının qazılması ilə bağlı sərəncam imzalayır. Bu il də imzalayıb. İlin sonuna yaxın 300 subartezian quyusu qazılacaq”.
Su qıtlığının yaranmasının səbəblərini şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə APA-ya açıqlamasında bildirib ki, yalnız Azərbaycanda deyil, dünyada su ehtiyatları azalır. Onun sözlərinə görə, bu, qlobal problemdir, o cümlədən, suyu az olan ölkələr üçün daha ciddi siqnaldır: “Hazırda Azərbaycanın kifayət qədər suyu var. Amma su ehtiyatı son onilliklər ərzində azalıb, növbəti onilliklərdə iqlim dəyişmələri nəticəsində yenə də azalacaq. Bu problemin qarşısını ala bilməyəcəyik, çünki qlobal problemdir.
Bizim su resurslarımız regiondakı digər ölkələrdən daha azdır. Biz suyu az olan ölkələr sırasındayıq. 1961-1992-ci illərdən sonrakı onilliklərdə Azərbaycanda su ehtiyatları 10-15% azalıb. Kür çayında, Mingəçevir su anbarında su azalır. Şirvan kanalı da Mingəçevir Su anbarı ilə qidalandığına görə kanala daha az su verilir. Buna görə bu kanalla qidalanan ərazilərdə su qıtlığı müşahidə olunur”.
O vurğulayıb ki, daha arid, quraq iqlimi olan və kənd təsərrüfatında suvarma sahəsi çox olan rayonlarda su qıtlığı daha artıq hiss olunur. Bura Salyan, Saatlı, İmişli, Sabirabad, Şirvan və başqa rayonlar daxildir. Şöbə müdirinin sözlərinə görə, su kanallarındakı suyun səviyyəsi təbii su hövzələri, yeraltı suların vəziyyəti ilə bağlıdır.
Nazirlik rəsmisi, həmçinin, Azərbaycandakı qar ehtiyatı barədə də məlumat verib: “Ölçmələr nəticəsində məlum olur ki, qar örtüyünün səviyyəsi getdikcə yuxarı qalxır, qarın miqdarı isə azalır. Buzlaqların sahəsi kiçilir. Bu, qlobal problemdir, bizdə də özünü biruzə verir”.
R. Səttarzadə problemin qarşısının alınması üçün vacib tədbirlərdən də danışıb: “İqlim dəyişmələrinin nəticələrini yumşaltmaq, qabaqlayıcı tədbirlər görmək olar. Bunlardan biri hidrometeorologiya sahəsində ehtiyat xəbərdarlıq sisteminin qurulmasıdır. Bununla vəziyyət barədə əvvəlcədən məlumat almaq olur. Qaz tullantılarının miqdarını azaltmağa çalışmaq lazımdır. Meşə sahələrinin artırılmasına kəskin ehtiyac var. Bundan başqa, enerji səmərəliliyinə nail olmaq, alternativ bərpa olunan enerji mənbələrindən istifadənin artırılması lazımdır. Bu tədbirlərin görülməsi ilə su qıtlığının əsas səbəbi olan qlobal istiləşməni qabaqlamaq mümkündür”.
Xəbərin oxunma sayı : 598
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV