Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın 9 milyarda yaxın xarici borcu var –Nazirlik açıqladı

Tarix 15.03.19, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu il yanvarın 1-də Azərbaycanın xarici dövlət borcu 8 milyard 927.1 milyon ABŞ dollarına (15 milyard 176.0 milyon manat) bərabər olub.

Strateq.az bildirir ki,  bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.Nazirlik bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhs ulda (ÜDM) olan nisbəti (2018­ci il üçün hesablanmış 79 milyard 797.30 milyon manat ÜDM­ә nisbətdə) 19 faiz təşkil edib.

«Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə sərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyәlәşmә proqramları üçün cəlb edilmiş kreditlәrdәn, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir», – nazırlik qeyd edir.

Bu rəqəm Azərbaycanın xarici borcunun azaldığı anlamına gəlir. Bir il əvvəl ölkənin xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları olmuşdu. Bununla belə, 2017-ci ilin əvvəlində Azərbaycanın xarici dövlət borcu cəmi 6 milyard 913.2 milyon ABŞ dolları idi.

Ötən ilin əvvəlində maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışarkən, bunu bir neçə amillə izah etmişdi. Onun fikrincə, bu, əsasən, maliyyə-bank sisteminin sağlamlaşdırılmasından ötrü görülən tədbirlər və Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur-red.) layihəsi ilə bağlı verilən dövlət zəmanəti ilə bağlıdır.

Yerli müstəqil ekspertlər isə ümumilikdə xarici borcun statistikası ilə bağlı açıqlanan rəsmi rəqəmlərə şübhə edirlər. Onlar iddia edirlər ki, Azərbaycanın xarici borcu əslində açıqlandığından daha çoxdur.



Xəbərin oxunma sayı : 646




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap