Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın “cəhənnəm silahı” üçün yeni raketlər: 10 kilometrdə vurur

Tarix 13.01.17, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın “SPLAV” elmi-tədqiqat müəssisəsi TOS-1A ağır odsaçan sistemləri üçün yeni reaktiv mərmilərin hazırlanması üzərində işi başa çatdırıb.

Virtualaz.org xəbər verir ki, bu mərminin qabariti əvvəlki mərmi ilə eynidir. Lakin yeni mərminin üstünlüyü ondadır ki, onun termobarik döyüş başlığı daha effektivdir və uçuş məsafəsi artırılaraq 10 min metrə çatdırılıb. TOS-1A ağır odsaçan sistemlərinin əvvəlki raketləri 6-7 min metr məsafəyə uça bilirdi.

Bu silahlar dünyanın çox az ölkəsində var. İndiyədək Rusiyadan əlavə ağır odsaçan sistemlər Azərbaycan, Qazaxıstan və İraq ordularının sərəncamında idi. Ötən il Rusiya bu texnikanı Suriyaya yerləşdirdi. Daha sonra Ermənistana güzəştli kredit hesabına bir neçə TOS-1A odsaçanı satıldı.

Ötən ilin aprel döyüşlərində Azərbaycan TOS-1A ağır odsaçanlarının məhdud tətbiqini həyata keçirib, həmin silahlardan işğal altındakı Xocavənd rayonunda yerləşən erməni hərb qərargahına üç raket zərbəsi endirilib. Nəticədə düşmən xeyli itki verib. Həmin vaxt qərargahda olan generallar isə sağ qalıblar.






Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap