Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsi

Tarix 28.09.22, 18:01

Font ölçüsü : - / +
bitmap-img6


Son iki ilin reallıqlarına diqqət yetirsək hər bir tarixi günün, bayramın işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunduğunu görərik. Bu ərazilərə hər bir səfər yeni çağırış, Böyük Qayıdışın daha da  sürətlənməsi üçün bir addım olmaqla yanaşı,  bu torpaqların sahibi olduğumuzun və burada əbədi olacağımızın təsdiqidir.

Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra çıxışında bir daha bildirdi ki,  44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi
birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların
sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.

İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun  Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri  və Cəbrayıl rayonunun  Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.  Müzəffər Ali Baş Komandan sözügedən  çıxışında  bu məqamı  qeyd etdi ki, ilk
 şəhidləri  məhz burada, bu yerdə vermişik. İkinci Qarabağ müharibəsi zamanı  5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi.  Ermənilərin illərdir  himayədarlarının dəstəyi sayəsində ərazilərimizdə qurduqları istehkamları dağıdan Azərbaycan Ordusu  zəfər yürüşünü davam etdirməklə  ilk gündən qarşısına qoyduğu hədəfə nail olmaq üçün səylər göstərdi.

Azərbaycanın hər bir sahədə yeniliklərə imza atmasında iqtisadi imkanları əhəmiyyətli rol oynayır. Belə ki, iqtisadi və maliyyə imkanlarının genişlənməsi fonunda təkmil islahatların həyata keçirilməsi, yeni təcrübələrin tətbiqi  qaçılmazdır.  İkinci Qarabağ müharibəsində istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirən Azərbaycan son iki ildə
iqtisadi və siyasi müstəqilliyin möhkəmliyi fonunda dünya hərb tarixində yenilik olan bu mühüm addımı atmağa nail oldu.  Müharibənin bitməsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına start verilməsi, cənab İlham Əliyevin mütəmadi olaraq bu ərazilərə səfərləri, bu
torpaqların malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün  Fərman və sərəncamlar imzalaması, Milli Prioritetlərin təsdiqlənməsi və sair kimi mühüm addımlar  Azərbaycanın öz tarixi torpaqlarına qovuşmasını necə səbirsizliklə gözlədiyini nümayiş etdirir. İki ildə görülən işlərin miqyasının genişliyi də deyilənlərin bariz nümunəsidir. Beynəlxalq standartlara cavab verən  hava limanlarının qısa  müddətdə   tikilməsi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, avtomobil, dəmir yollarının çəkilişi   Azərbaycanın bərpa işlərini qısa zamanda başa çatdırmaq üçün nə
qədər səy göstərdiyini  ortaya qoyur. Bu yollar həm soydaşlarımızı, həm də qonaqları işğaldan azad edilmiş  ərazilərimizə qovuşdurur. Bu yollar böyük inkişaf, tərəqqi, genişmiqyaslı  bərpa və quruculuq deməkdir.  Erməni vandallarının viran qoyduqları ərazilərdə hazırda vəziyyət tamamilə fərqlidir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən sonra Zəngilanda  «ağıllı kənd» layihəsi çərçivəsində işlər həyata keçirilib və artiq 200 nəfər bu kəndə geti qayıdaraq məskunlasıblar.

Anım Gününü tarixi Zəfərimizə gedən yolun başlandığı Füzuli rayonunda qeyd edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin  Şuşada oldular,  Yuxarı Gövhər Ağa məscidini ziyarət edərək, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış oldular. Qeyd edilməlidir ki,  ötən il dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə 32 səfəri
olmuşdur ki, bunun 7-si Şuşaya idi.  İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturla  yanaşı, tarixi və dini abidələrimizin  bərpası da prioritetdir. Bu işlər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev çıxışlarında  bərpa və quruculuq işlərində Heydər Əliyev Fondunun xidmətlərini yüksək dəyərləndirir. Ümumilikdə Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş  torpaqlara hər səfəri tarixə çevrilərək mühüm addımların atılması ilə yadda qalır. Böyük Qayıdışın tamamilə reallaşacağı, bu torpaqlarda yeni həyatın başlanacağı gün uzaqda deyil.

Aytəkin Əliyeva



Xəbərin oxunma sayı : 394




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap