Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın alternativ enerji stansiyalarında istehsal azalıb

Tarix 16.09.17, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 28,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, bu, illik müqayisədə 34,2% azdır.

Son 1 ildə külək elektrik stansiyalarında istehsal isə 19,1% azalaraq 8,9 mln. kVt/saata enib.

Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 2,4% artaraq 13 231,4 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 7,1% artaraq 1 333,5 mln. kVt/saat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 15,243 mlrd. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. Bunun da 14 602,7 mln. kVt/saatı əmtəəlik olub və bu, 1 il əvvələ nisbətən 1,3% çoxdur.

8 ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 138,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu sahədə əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1%-lik artım müşahidə olunub. 



Xəbərin oxunma sayı : 106




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap