“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Azərbaycanın artan nüfuzunun göstəricisi

Tarix 06.02.23, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. 

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin  yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir. Qurumla ölkəmiz arasında əlaqələr  müxtəlif istiqamətlərdə uğurla inkişaf edir ki,  bu baxımdan enerji amilini xüsusi qeyd etməliyik. Azərbaycan regional  inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi hər zaman beynəlxalq səviyyədə təqdir olunur.  Dövlət başçısı İlham Əliyev qeyd olunan çıxışında Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən geniş bəhs etmişdir. Tarixən
neft ölkəsi olan Azərbycanın qısa müddətdə qaz ixracatçısına çevrilməsi xüsusi olaraq diqqətə çatdırılmışdı.

Azərbaycan reallaşdırdğı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib  dir.  Ölkəmiz  enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər
dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycanın daha ehtiyatlı xarici siyasət yürütməsini və enerji sahəsində bu yeni strateji tərəfdaşlığın mütləq gətirəcəyi çağırışların effektiv şəkildə öhdəsindən gəlmək üçün Bakının səylərində Aİ-nin daha güclü dəstəyini tələb edəcək.
Azərbaycan Prezidenti: "TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik"Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə
mətbuata bəyanatında bildirib. "İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP
layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir.Azərbaycanda
keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir”, - dövlət başçısı vurğulayıb.Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir.
Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.

Eyvaz Fərzəliyev



Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap