Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanın boks millisi dünya çempionatında dördüncü, Avropada birinci oldu

Tarix 03.09.17, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb

Azərbaycan Boks Federasiyasından virtualaz.org-a verilən məlumata görə, doqquz gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı məlum olub.

Mundialda 10 çəkidən dördündə təmsil olunan yığmamız 2 medala yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını dördüncü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə isə Avropada hamını qabaqlayıb.

Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi altısı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk üçlükdə iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada dördüncü olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.



Xəbərin oxunma sayı : 115




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap