“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanın builki strateji valyuta ehtiyatları təxminən 50 mlrd. dollar təşkil edəcək – “Fitch“

Tarix 23.11.20, 13:03

Font ölçüsü : - / +
bitmap-img6


“Fitch Ratings” beynəlxalq agentliyinin proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi bu il 49,8 mlrd. ABŞ dolları təşkil edəcək ki, bu da ölkənin 31 aylıq cari xarici ödənişlərinə (CXP) bərabərdir.

Agentliyin hesabatına görə, ölkənin strateji valyuta ehtiyatlarının əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlindən cəmi 0,1% azalıb. Agentliyə görə, ARDNF tərəfindən reallaşdırılan hazırkı valyuta satışının səviyyəsi dövlətin 2020-ci il üçün ötən ilin avqust ayında elan etdiyi yenidən işlənmiş büdcə planı ilə uyğundur və manatın ABŞ dollarına qarşı sabit məzənnəsini qorumağa kifayətdir.

Xatırladaq ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49,8 mlrd. dollar, 2019-cu ildə isə 51,1 mlrd. dolları təşkil edib.

Qeyd edək ki, “Fitch”in terminologiyasına əsasən, cari xarici ödənişlər mal və xidmətlərin idxalının, gəlir ödənişlərinin (işçi təzminatları və investisiya gəliri) və orta illik məzənnə ilə ABŞ dollarına çevrilən cari transfer ödənişlərinin məcmusudur.





Xəbərin oxunma sayı : 805




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap